Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mahir oynadı, komandası qalib gəldi

Mahir oynadı, komandası qalib gəldi
25-04-2022, 08:31 226 dəfə baxılıb

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununu keçirib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Zaqreb təmsilçisi matçda 1:0 hesabı ilə qalib gəlib.
Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşmasıdır.
Mahir Emreli oyunda start heyətdə meydana çıxıb. O, 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib. 
Qeyd edək ki,  31 oyundan 69 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla  2-ci, "Hayduk" (Split) 63 xalla 3-cüdür. "Qoritsa" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 8 matçda 2 qol vurub. 
24 aprel
21:05. "Qoritsa" - "Dinamo" (Zaqreb) - 0:1 
Qol: Ariyan Ademi, 85
Baş hakim: Zdenko Lovriç

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI