Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DTX-nin saxladığı nazir qohumu ilə bağlı qərar verildi

DTX-nin saxladığı nazir qohumu ilə bağlı qərar verildi
4-07-2022, 19:59 300 dəfə baxılıb

Dövlət Təhlükəsizik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev barəsində məhkəmə qərar verib.


Vətənim-Azərbaycandır.az" məlumatına görə, R.Babayevlə bağlı DTX-nın təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Babayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Həmçinin oxuyun: Traktorla avtoşluq edən kişi həbs olundu

Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. Onun barəsində də eynilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI