Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin - Təfərrüatı

Azyaşlı bacı-qardaşın üzləşdiyi faciəvi hadisənin - Təfərrüatı
17-06-2022, 09:40 246 dəfə baxılıb

Dünən Sabirabadda bir azyaşlının vəfatı, digərinin isə ağır vəziyyətdə Bakıya çatdırılması ilə nəticələnən zəhərlənmə hadisəsinin təfərrüatları üzə çıxıb.

Vətənim-Azərbaycandır.az”ın əldə etdiyi məlumata görə, hadisə Şıxlar kəndində Fəxrəddin Rzayevə məxsus evdə baş verib. Belə ki, qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Səkinə Rzayeva nəvələri: 2008-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və 2011-ci il təvəllüdlü Elmar ilə qardaşı Fəxrəddinin evinə təmizlik işləri görməyə gedib. Qadın yaşayış olmayan qardaşı evində təmizlik işləri görərkən nəzarətsiz qalmış uşaqlar evdə olan su qabındakı mayeni içiblər. Az sonra uşaqların ikisinin də səhhəti kəskin pisləşib və onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin 14 yaşlı Zəhra dünyasını dəyişib, 11 yaşlı Elmar isə ağır vəziyyətdə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda Elmar Əhmədzadənin vəziyyətinin normallaşdığı bildirilir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI