Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü
16-05-2022, 11:43 235 dəfə baxılıb

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən özəl xəstəxanada insident baş verib.


Vətənim-Azərbaycandır.az”ın əldə etdiyi məlumata görə, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01 radələrində döyülüb.

Belə ki, hospitala gələn Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı polisə müraciət edilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI