Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qubada Vətən Müharibəsi Qəhramanı Şəhid Mehrab Nifteliyevin doğum günü qeyd olunub

Qubada Vətən Müharibəsi Qəhramanı Şəhid Mehrab Nifteliyevin doğum günü qeyd olunub
13-05-2022, 21:28 533 dəfə baxılıb

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrab Niftəliyevin cənnətdə 2-ci doğum günüdür.

Bu münasibətlə yaşayıb boya-başa çatdığı Qam-Qam kəndində şəhid qardaşımızın ruhuna hörmət əlaməti olaraq böyük tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Cənab Ziyəddin Əliyev, Hüquq Mühafizə organlarının rəhbərləri, ADPU Quba filialının rəhbərliyi və əməkdaşları, Rayon İcra Aparatının məsul şəxsləri, generallar, respublikamızın müxtəlif bölgələrindən və rayonumuzda olan şəhid ailələri və qazilərimiz, şəhid qəhrəmanın döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, təhsil aldığı kəktəbin rəhbərliyi və müəllim kollektivi, qəhrəmanın adını daşıyan Mehrab Niftəliyevin adına Quba şəhər Texniki Təmayüllü Liseyin rəhbərliyi və kollektivi,Vətənim-Azərbaycandır.az xəbər portalının şimal zonası üzrə rəhbəri, Qafqaz-Media İctimai Birliyinin Quba nümayəndəliyi, diqər vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri, Qam-Qam kənd camahatı, şəhid qəhrəmanın ailə üzvləri, media nümayəndələri iştirak edirdi. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrab Niftəliyevin kecdiyi qısa mənalı, şərəfli ömür yolu vərəglənmiş, qonağların çıxışları dinlənilmiş, ona həsr olunmuş şerlər səsləndirilmişdir.
Öz canı, qanı bahasına şəhadət zirvəsinə ucalmış Mehrabın həyat yolu bir dastandır. Bu dastan hələ illərlə təbliğ olunacaq, vətənpərvərlik nümunəsi kimi gənc nəsillərə ötürüləcəkdir.
Ruhun şad olsun Vətən mücahidi Mehrab Niftəliyev!
Sən hər zaman qəlblərimizdə yaşayacaqsan!

????????????
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az. xəbər portalının şimal zona rəhbəri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI