Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kseniya Sobçakın düşdüyü avtomobil qəzasının anbaan görüntüləri.

Kseniya Sobçakın düşdüyü avtomobil qəzasının anbaan görüntüləri.
14-10-2021, 01:16 136 dəfə baxılıb

Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın olduğu avtomobilin iştirakı ilə Soçi şəhərində baş verən qəza anının görüntüləri yayılıb.

"Ölkə.Az" Baku TV-yə istinadən xəbər verir ki, müşahidə kameraları tərəfindən qeydə alınan kadrlarda avtomobillərin toqquşma anı və avtobusa çırpılması görünür.
Xatırladaq ki, oktyabrın 9-da Krasnodar diyarında Sobçakın sərnişin oturacağında olduğu “Mercedes” avtomobili qəzaya uğrayıb. İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü ötmə zamanı qarşıdan gələn zolağa çıxaraq “Volkswagen” markalı avtomobilə çırpılıb və nəticədə ətalət nəticəsində mikroavtobusla toqquşub.
Yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi istintaqı nəzarətə götürdüyünü bildirib. Sobçakın olduğu “Mercedes”in sürücüsünə ittiham irəli sürülüb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI