08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı.
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb."Ölkə.Az" xəbər verir ki, Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı "qafqazinfo"ya danışıb.
R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub:
Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:
"Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib".
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.