Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BAAU-nun rəhbərliyi İspaniya təcrübəsini öyrənir

BAAU-nun rəhbərliyi İspaniya təcrübəsini öyrənir
11-07-2023, 17:36 172 dəfə baxılıb


“Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən universitetlərin rəhbərlərindən ibarət nümayəndə heyəti İspaniyanın Madrid şəhərində səfərdədir. İyulun 10-dan 14-dək davam edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektolar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.    Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü  Tamam Cəfərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Nazirliyin Elm sektorunun müdiri Süleyman Turxan, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edir. Bu mötəbər tədbirdə Bakı Avrasiya Universitetini Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova və “Tərcümə” kafedrasının müdiri, dosent Sevda Rzayeva təmsil edir. Artıq öz işinə başlamış tədbirlər çərçivəsində ilk təlim-seminar Charles III Universintetində keçirilib. Tədbirdə İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb və İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndə heyəti adından İspaniyalı həmkarlarını salamlayıb və sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. N.Məmmədli ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR layihəsi və digər beynəlxalq layihələrin xüsusi önəmindən bəhs edib. Layihənin koordinatoru Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov layihənin mühüm tərəfdaşlarından biri kimi İspaniya Rektorlar Konfransına öz təşəkkürünü bildirib və əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminliyini ifadə edib. Rektor təhsilin qarşısında duran mühüm vəzifələrdən söz açıb və bu məqsədlə beynəlmiləlləşmə və inteqrasiyanın yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıb.  
Çıxışlardan sonra İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqimat nümayiş etdirib və sualları cavablandırıb.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi professor Angela Alcala İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərə yeni strateji baxış,  o cümlədən sektorlararası münasibətlər  və koordinasiyanın vacibliyindən danışıb. 
Onu da xatırladaq ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Nərmin Əzimli VETENİM-AZERBAYCANDİR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI