Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

1 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb - DSX

1 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb - DSX
4-07-2023, 11:37 218 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" və "Horadiz" sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, iyul ayının 2-də saat 03:05-də "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5 kiloqram 870 qram narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
İyul ayının 3-də saat 13:30-da "Göytəpə" sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
 

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI