Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Abşeronda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilib

Abşeronda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilib
3-09-2022, 09:53 351 dəfə baxılıb

Abşeron Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon icra hakimiyyətlərinin rolu” mövzusunda tədbiri keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Abşeron RİH-nin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Gülnar Rəhimova bildirib ki, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında müəyyən edilmişdir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca beşinci “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
G.Rəhimova rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbir zamanı çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini qeyd edərək, qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr, o cümlədən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.
Daha sonra çıxış edənlərdən Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon idarəsinin şöbə müdiri Fərhad Verdiyev, Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşı İbrahim Məmmədov,  Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev, Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin drektoru Mehriban Qaralova, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova və digər natiqlər müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd ediblər ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır.
Sonda tədbir iştirakçıları rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatının, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin
sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürərək müəyyən tövsiyyələr veriblər.ər
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI