Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şərəfli müəllim ömrü.

Şərəfli müəllim ömrü.
4-06-2023, 01:26 422 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bəzən insanlar haqqında danışarkən, onları ifadə edərkən olduqca gözəl cümlələr bir birini əvəz edir, yazdıqca yazırsan, anlatdıqca anladırsan, fikirlər bir-birini tamamlayır, sözlər bitmir, cümlələr  tükənmir...
   Bu gün məhz belə insanlardan biri haqqında danışacam. O, insan ki, özünü, gəncliyini, həyat yolunu elmə, təhsilə, təhsilli gənclərin çoxalmasına sərf etmişdir. Kitabla böyüyən və kitablarla ömr edən bir şəxsiyyət Məhəmməd müəllim!
 Adının işığı bütün ömür yoluna nur səpən hörmətli ağsaqqalımız, dəyərli müəllimi, sevilən insan, əvəzolunmaz valideyin və s, və s....
Əsrarəngiz Quba rayonunun ucqar Tülər kəndində sadə bir  ailədə Müzafəddin kişinin və Fəridə xanımın ocağında  dünyaya göz  açıb Məhəmməd müəllim. Orta məktəbi elə doğma Tülər kəndində almış və daha sonra Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda ali təhsilə yiyələnmişdir.
Ali təhsilini bitirdikdən sonra ilk olaraq Tülər kənd natamam orta məktəbində  müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra yüksək etimada layiq görülən Məhəmməd müəllim  məktəb direktoru vəzifəsində fəaliyyətini davam etdirir. İctimai fəaliyyəti və uğurlu müəllimlik yolu Məhəmməd müəllimi uzun müddət yasadığı Tüləkəran İnzibati ərazi vahidliyi üzrə İcra  Nümayəndəsi vəzifəsinə gətirir. Bu isdə də olduğca nümunəvi fəaliyyəti ilə daima seçilir və hər kəsin hörmət və etibarını qazanır. Dövlətə, dövlətçiliyə olan sevgisi, rəgbəti bütün rayon ictimaiyyətinə bəlli olan Məhəmməd müəllim uzun fəaliyyətindən sonra yenidən məktəb direktoru kimi əmək fəaliyyətinə davam edir. Peşə fəaliyyəti ilə yanaşı olduğca nümunəvi ailə başçısı kimi də örnək olmağı bacarırdı Məhəmməd müəllim.
Gənc yaşlarında ailə quran Məhəmməd müəllim  Müzafəddin kişi ilə Fəridə xanımın  ocağında 6 övlad böyüdür. Dörd qız, iki oğul atası olan əziz insanın yeganə məsləyi övladlarını əməlisaleh, tərbiyəli, intellektli, təhsilli və ocağına layiqli vətəndaşlar kimi böyütmək idi və o, bu istəyinə nail oldu. Özünün də təbirincə desək övladlarının yolunda "şam kimi yanan" ata obrazı Məhəmməd müəllimin  ən ali titulu idi.
Oğlanları, qızları və bu ocağa gəlin gətirdiyi gəlinləri də özlərinə məxsus iradə və məsuliyyətlə əmək fəaliyyətləri davam etdirirlər.
Məhəmməd müəllimin əsas prioritet amalı  Heydər Əliyev ideyalarının öyrənilməsi və eyni tendensiya ilə öyrədilməsi, təbliği olmuşdur. Hakim partiyamız olan Yeni Azərbaycan Partiyasının təəsübkeşlərindən olan Məhəmməd müəllim hər zaman layigincə partiyanın da isinə kömək göstərənlərdən olmuşdur.
 Məhəmməd müəllim elinə obasına əsl vətəndaş olmuş hər kəsin xeyirində, şərhində  öndə gedənlərdən olmuşdur. Elə bu məsləklə ömrünün ahıllıq zirvəsinə doğru yol almışdır əziz Məhəmməd müəllim.
Quba Rayon Ağsaqqallar Şurasının heyət üzvü, Tüləkəran Ağsaqqallar Şurasının sədridir.
Düşünürəm ki, bu gün Məhəmməd müəllimin mənalı, ibrətamiz həyat hekayəsinin çoxx qısa arayışını verdim sizlərə.
Axı bu gün Məhəmməd müəllimin dünyamıza gəldiyi gündür.
Və səmimi qəlbdən, xoş arzularla Məhəmməd Şirinova sağlam, uzun, mənalı, xoş, rahat həyat yolu arzu edirik. Hələ sizdən öyrənəcəyimiz çox şey qalıb əziz insan.
Mən isə bu fikirləri ilk olaraq  atam kimi, sonra müəllimim kimi qələmə aldım. 
Səninlə qürur duyuram əziz atam, dəyərli müəllimim!
Bircə anımız belə sənsiz olmasın.
 Anamız Səbirə xanımla qoşa hələ uzun illər  bizlərin yanında olmanızı diləyirəm.
Çox yaşa, sağlam yaşa!!!
Doğum günün mübarək!!!

Nəhayət Məhəmməd qızı.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI