Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"

"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"
31-05-2023, 17:25 64 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Türkiyədə 14 və 28 may tarixlərində keçirilən seçkilərin nəticələrindən biri də Prezident İdarəetmə Sisteminin növbəti dəfə xalqın etimadını doğrultmasıdır.
VETENİM-AZERBAYCANDIR.AZ TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib. Millətimizlə birlikdə 29 oktyabr 2023-cü ildə Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. "Türkiyə əsri" daha böyük hədəflərə çatmaq əzmidir. Seçimindən asılı olmayaraq səsvermədə iştirak edərək milli iradəsinə sahib çıxan bütün vətəndaşlarımıza təşəkkür edirəm", - deyə prezident Ərdoğan qeyd edib.
Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,16% səslə qalib olub.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI