15:23 - İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
15:04 - İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib
07:36 - TƏBRİK EDİRİK.
14:19 - Təhsilimizin bu günü...
07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA
00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.
16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar
11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Terrorçular məqsədlərinə nail ola bilməyəcək - Ərdoğan
VETENİM-AZERBAYCANDIR.AZ
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) 323 millət vəkili və partiya rəhbəri Rəcəb Tayyib Ərdoğan ölkəni idarə etməyə davam edəcəyi halda terrorçular ölkədə siyasi stabilliyi pozmaq məqsədlərinə nail ola bilməyəcək.
VETENİM-AZERBAYCANDIR.AZ TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres mərkəzində çıxışı zamanı deyib.
"21 il ərzində yalnız Türkiyənin istiqrarı, xalqımızın mənfəətləri üçün çalışdıq. Qarşımızda isə Türkiyəni siyasi istiqrarsızlığa sürükləyən, terrorçulara azadlıq vəd edən müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) var", - deyə o bildirib.
Prezident Ərdoğan onu da qeyd edib ki, qarşıda seçkilərin ən kritik turu var və 28 may tarixində seçicilərin hər birinin səsvermədə iştirak etməsi vacibdir.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
VETENİM-AZERBAYCANDIR.AZ