17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
28 May Respublika Günü.
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün ölkəmizdə elə bir insan yoxdur ki, bu günün mahiyyətini dərk etməsin, tarixinə səyahət etməsin.
Hələ XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı uğrunda mükəmməl mübarizə aparmağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görərək, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etməyə müəssər oldu. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Günü-gündən güclənən və yenilənən Azərbaycan üçün yeni bir səhifə açıldı. Elə bir sahə yox idiki orda canlanma, yenidənqurma, inkişaf prosesi getməsin. Ölkə igtisadiyyatı, səhiyyəsi, təhsili, hərbi gücü hər gün artan şkala üzrə göstəricilərini ortaya qoyurdu.
Ümummili Liderimiz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev deyirdi:- biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıq, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq.
Bəli bu fəlsəfənin, Ümummilli Liderin bu siyasətini bu gün ölkəmizdə qalib, Müzəffər sərkərdə, Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Bu örnək addım keçmişimizə olan böyük hörmət və sayqının bariz nümunəsi idi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü artıq Zəfər əldə etmiş ölkə kimi qeyd edir.
Qürurluyuq!
Bayramın mübarək Azərbaycanım!
Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.
VETENİM-AZERBAYCANDIR.AZ