19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz. HEYDƏR ƏLİYEV!
VETENİM-AZERBAYCANDIR.AZ
10 MAY 2023-CÜ IL.
Bu gün Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasət adamı, Dahi Milli Liderimiz Heydər Əlirza oğlu Əliyevin 100 yaşı tamam olur!
Heydər Əliyev!
Damarında azərbaycanlı qanı axan hər bir kəsin ehtiramla, hörmətlə andığı dahi insan! Hər birimizə bəllidir ki, tarix böyük dühaların parlaq əməlləri ilə nəsillərin yaddaşına həkk olunur. Azərbaycanın da qismətinə Dahi Ulu Öndər Heydər Əliyev kimi böyük insan yazılmışdır. Ömrünün əsas məramı, qayəsi azərbaycançılıq olan bu insan haqqında danışdıqca sözlər və fikirlər bir-birini əvəzləyir və danişılacag mövzu bitmir. Yolu, izi heçdə rəvan olmayan müstəqilliyimizə nail olmaq, azad, bütöv, tam Azərbaycanı qoruyub saxlamaq məhz Ulu Öndər Heydər Əlirıza oğlu Əliyevin düşünülmüş siyasəti və nəsillərə miras qoyduğu ideoloji siyasi kursu ilə mümkün oldu.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
O, 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürmüşdür.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.
Bu dünya şöhrətli siyasətçini anlatmağa üçün sözlər, cümlələr acizdir. Onun fəlsəfi fikirləri hər kəs üçün bir örnəkdir.
Heydər Əliyev 2001-il noyabr ayının 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlət siyasətini səciyyələndirərkən vurğulayırdı:
"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq"
Bu baxımdan dövlət siyasətinin strategiyası olan azərbaycançılıq bu dövlətin bu gününün və gələcəyinin devizidir.
Heydər Əliyevin sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. Elə bir sahə yox idi ki, bu böyük dühanın nəzər və diqqətindən qaçmış olsun. Bura mental dəyərlərimiz, ana dilimiz, tarixi abidələrimiz, incəsənətimiz, milli-mənəvi irsimiz, təhsilimiz, səhiyyəmiz, hüquqi sahə və s daxil idi.
İnkişaf etmiş böyük dövlətlərin tarixinə ekskursiya etsək görərik ki, bir millət kimi formalaşmaq, siyasi arenada öz sözünü deyə bilmək, güçlü bir dövləti qurub yaratmaq və onu qorumaq üçün onun güclü, siyasi, uzaqgörən, bacarıqlı, məğrur bir lideri olmalıdır. O, lider ki, millətinə həqiqətən cani-könüldən bağlı olsun, xidmət etsin, qayğı göstərsin və istənilən sahədə dövlətinin milli tərəqqisi işinə fayda versin, cəmiyyətdəki hadisələrə vaxtında və zamanında münasibət bildirməklə özünü sübut etsin.
Ulu Öndər məhz o güclü adamlarından idi ki, o öz sözünü ictimai-siyasi mühitdə, iqtisadi münasibətlərdə, təhsil məsələlərində, dil ayrıntılarında, gənclər siyasətində və s. hər zaman deməyi bacarırdı.
Qədim tarixi kökləri olan Azərbaycan xalqının milli- mənəvi irsinin qorunub saxlanmasında gənclərin üzərinə qoyduğu məsuliyyət yükü həm də bu dövlət adamının ölkə gəncliyinə olan etimadının təcəssümü idi. Və hər kəs bunu təsdiqləyir ki, bu gün ölkəmizdə bütün sahələrdə qazanılan uğurların altında Heydər Əliyev imzası durur. Həmçinin də müstəqil dövlətin yaranması, inkişafı, qorunması, xalqımızın tərəqqisi naminə misilsiz işlər görmüşdür.
Heydər Əliyev çıxışlarının əsas qayəsi kimi Azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçilik sintezini vurğulayır və öz haqq səsini daima ucaltmağı lazım bilirdi. Böyük həyat məktəbi idi bizim Ümummilli Liderimiz Dahi Heydər Əliyev! O, həyat məktəbi ki, bir çox dünya liderləri bu böyük insan və güclü siyasət adamının həyat yolu və apardığı məsədyönlü siyasəti hər zaman araşdırır və öyrənirlər.
Belə nadir şəxsiyyətlər bəşər üzünə çox az-az gəlir. Onlardan biri də Azərbaycan xalqının qismətinə yazılan bu böyük siyasət adamıdır.
Azərbaycanın bir multikultural ölkə olduğunu hər zaman vurğulayır, tolerantlığın təməl prinsiplərini hər zaman öz əyani misallarında əks etdirirdi.
Bütün bunlarla o ölkəsini dünyaya tanıdır və onun mütərəqqi dəyərlərini, tolerantlığını, etnik müxtəlifliyi özündə necə birləşdirməyi, bu ideologiyanın bir qolu kimi bəşəriyyətə izah edirdi.
Heydər Əliyev elə bir tarixdir ki, onun haqqında yüzlərlə kitablar yazılıb, saya-hesaba gəlməyən araşdırmalar, məqalələr, monoqrafiyalar yazılır və yazılmaqdadır. bu dahini öyrəndikcə öyrənirik, onun şərəfli ömür yolu bir nümunədir.
Və tarixə öz adını yazan bu böyük siyasət adamı şübhəsiz ki hər zaman biz gənclərin baxış kontekstindədir. Olduqca şanslı bir nəsilik ki, bizim inkişaf dinamikamız bu irsin layiqli davamçısı olan İlham Heydər oğlu Əliyevin prezidentliyi dövrünə təsadüf edib. Heydər Əliyev ideyalarının layiğlı davamçısı olduğunu sözdə deyil əməldə sübut edən dövlət başçımız bu gün bütün dünyaya örnək olan dövlət adamıdır.
44 gün davam edən və möhtəşəm "Zəfərlə" yekunlaşan 30 illik Qarabağ həsrətinə son verib Qələbəni bizlərə bəxş edən güçlü Lider İlham Əliyev məhz Heydər Əliyev məktəbinin məzunu olduğunu bir daha sübut etdi.
Və möhtərəm prezidentimiz İlham Əliyev Qarabağın gözü olan Şuşanın azadlığa qovuşduğu gün əbəs yerə söyləmədi:
"Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Məkanın cənnət olsun Ulu Öndər!
Ruhun şad olsun!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Yeni Azərbaycan Partiyasının fəal üzvü.
VETENİM-AZERBAYCANDIR.AZ