Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Heydər Əliyev-böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi insan və sadalamadığım daha çox titul..... Damarında azərbaycanlı qanı axan hər bir kəsin ehtiramla, hörmətlə andığı dahi insan!

Heydər Əliyev-böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi insan və sadalamadığım daha çox titul..... Damarında azərbaycanlı qanı axan hər bir kəsin ehtiramla, hörmətlə andığı dahi insan!
9-05-2021, 23:22 363 dəfə baxılıb

Heydər Əliyev-böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi insan və sadalamadığım daha çox titul..... Damarında azərbaycanlı qanı axan hər bir kəsin ehtiramla, hörmətlə andığı dahi insan! Hər birimizə bəllidir ki, tarix böyük dühaların parlaq əməlləri ilə nəsillərin yaddaşına həkk olunur. Azərbaycanın da qismətinə Dahi Ulu Öndər Heydər Əliyev kimi böyük insan yazılmışdır. Ömrünün əsas məramı, qayəsi azərbaycançılıq olan bu insan haqqında danışdıqca sözlər və fikirlər bir-birini əvəzləyir və danişılacag mövzu bitmir. Yolu, izi heçdə rəvan olmayan müstəqilliyimizə nail olmaq, azad, bütöv, tam Azərbaycanı qoruyub saxlamaq məhz Ulu Öndər Heydər Əlirıza oğlu Əliyevin düşünülmüş siyasəti və nəsillərə miras qoyduğu ideoloji siyasi kursu ilə mümkün oldu. Heydər Əliyev 2001-il noyabr ayının 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlət siyasətini səciyyələndirərkən vurğulayırdı: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" Bu baxımdan dövlət siyasətinin strategiyası olan azərbaycançılıq bu dövlətin bu gününün və gələcəyinin devizidir.  Heydər Əliyevin sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. Elə bir sahə yox idi ki, bu böyük dühanın nəzər və diqqətindən qaçmış olsun. Bura mental dəyərlərimiz, ana dilimiz, tarixi abidələrimiz, incəsənətimiz, milli-mənəvi irsimiz, təhsilimiz, səhiyyəmiz,  hüquqi sahə və s daxil idi. İnkişaf etmiş böyük dövlətlərin tarixinə ekskursiya etsək görərik ki, bir millət kimi formalaşmaq, siyasi arenada öz sözünü deyə bilmək, güçlü bir dövləti qurub yaratmaq və onu qorumaq üçün onun güclü, siyasi, uzaqgörən, bacarıqlı, məğrur bir lideri olmalıdır. O, lider ki, millətinə həqiqətən cani-könüldən bağlı olsun, xidmət etsin, qayğı göstərsin və istənilən sahədə dövlətinin milli tərəqqisi işinə fayda versin, cəmiyyətdəki hadisələrə vaxtında və zamanında münasibət bildirməklə özünü sübut etsin. Ulu Öndər məhz o güclü adamlarından idi ki, o öz sözünü ictimai-siyasi mühitdə, iqtisadi münasibətlərdə, təhsil məsələlərində, dil ayrıntılarında, gənclər siyasətində və s. hər zaman deməyi bacarırdı. Qədim tarixi kökləri olan Azərbaycan xalqının milli- mənəvi irsinin qorunub saxlanmasında  gənclərin üzərinə qoyduğu məsuliyyət yükü həm də bu dövlət adamının ölkə gəncliyinə olan etimadının təcəssümü idi. Və hər kəs bunu təsdiqləyir ki,  bu gün ölkəmizdə bütün sahələrdə qazanılan uğurların altında Heydər Əliyev imzası durur. Həmçinin də müstəqil dövlətin yaranması, inkişafı, qorunması, xalqımızın tərəqqisi naminə misilsiz işlər görmüşdür.  Heydər Əliyev çıxışlarının əsas qayəsi kimi Azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçilik sintezini vurğulayır və öz haqq səsini daima ucaltmağı lazım bilirdi. Böyük həyat məktəbi idi bizim Ümummilli Liderimiz Dahi Heydər Əliyev! O, həyat məktəbi ki, bir çox dünya liderləri bu böyük insan və güclü siyasət adamının həyat yolu və apardığı məsədyönlü  siyasəti hər zaman araşdırır və öyrənirlər. Belə nadir şəxsiyyətlər bəşər üzünə çox az-az gəlir. Onlardan biri də Azərbaycan xalqının qismətinə yazılan  bu böyük siyasət adamıdır. Azərbaycanın bir multikultural ölkə olduğunu hər zaman vurğulayır,  tolerantlığın təməl prinsiplərini  hər zaman öz əyani misallarında əks etdirirdi. Bütün bunlarla o ölkəsini dünyaya tanıdır, və onun mütərəqqi dəyərlərini, tolerantlığını, etnik müxtəlifliyi özündə necə birləşdirməyi, bu ideologiyanın bir qolu kimi bəşəriyyətə izah edirdi. Heydər Əliyev elə bir tarixdir ki, onun haqqında yüzlərlə kitablar yazılıb, saya-hesaba gəlməyən araşdırmalar, məqalələr, monoqrafiyalar yazılır və yazılmaqdadır. bu dahini öyrəndikcə öyrənirik, onun şərəfli ömür yolu bir nümunədir. Və  tarixə öz adını yazan bu  böyük siyasət adamı şübhəsiz ki hər zaman biz gənclərin  baxış kontekstindədir. Olduqca şanslı bir nəsilik ki, bizim inkişaf dinamikamız bu irsin layiqli davamçısı olan İlham Heydər oğlu Əliyevin prezidentliyi dövrünə təsadüf edib. Heydər Əliyev ideyalarının layiğlı davamçısı olduğunu sözdə deyil əməldə sübut edən dövlət başçımız bu gün bütün dünyaya örnək olan dövlət adamıdır. 44 gün davam edən və möhtəşəm "Zəfərlə" yekunlaşan 30 illik  Qarabağ həsrətinə son verib Qələbəni  bizlərə bəxş edən güçlü Lider İlham Əliyev məhz Heydər Əliyev məktəbinin məzunu olduğunu bir daha sübut etdi. Və əbəs yerə Qarabağın gözü olan Şuşanın azadlığa qovuşduğu gün söyləmədi: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI