12:11 - “0-dan yüksəlişə gedən yol” adlı seminardan fotolar
19:06 - Leyla Əliyeva oğulları və Eminin anası ilə fotosunu paylaşdı
18:53 - Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
18:48 - Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
18:47 - Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə edilib
18:39 - Qarabağ Universitetinin yeni korpusları YARADILIR
14:36 - 12 dekabr Azərbaycan xalqının böyük oğlu ümumilli lider Heydər Əliyevin anım günüdür
17:52 - Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
17:50 - İsrail Prezidenti Hikmət Hacıyevi qəbul edib
17:46 - Prezident yaşıl enerji sahəsində dörd ölkənin imzaladığı sazişə düzəliş protokolunu TƏSDİQLƏDİ
13:29 - Vüqar Qurbanovdan yeni TƏYİNAT
13:27 - Qarlı Laçında ayı və 3 balası görüntülənib
13:24 - "YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib
13:23 - Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib
10 may Azərbaycan xalqının böyük oğlu ümumilli lider Heydər Əliyevin doğum günü.
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan xalqının böyük oğlu, dahi insan ümummilli lider, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olan Heydər Əliyevin doğum günüdür.
Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Dahi Ulu Öndər uşaqdan böyüyə hər kəsin sevgisini qazanan humanist bir insan idi həm də. Dövlətimizin milli, mənəvi və əxlaqi dəyərlərinin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin də təməlini məhz Heydər Əliyev qoymuşdur.Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Biz həqiqətən də xoşbəxt xalqın nümayəndələrik.Xoşbəxtik ona görə ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının şah əsəri olan bir ölkədə ömr edirik. Heydər Əliyev yalnız və yalnız cismani olaraq bizi tərk etmişdir.O, hər bir Azərbaycanlının qəlbində yaşayır və ölməz bir liderdir.
Allah məkanın behişt etsin Ulu Öndərimiz!
Kamran Orucov
"Vətənim-Azərbaycandır.az" xəbər portalının Baş Redaktoru
VETENİM-AZERBAYCANDIR.AZ