13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Qəhrəman şəhidim adın hər zaman yaşayacaq!
Suraxanı rayonu Qaraçuxur qəsəsbəsində 02.10.2022 il tarixində 44 günlük Vətən Müharibəsi Qəhrəmanı Şəhid Muxtar Qasımlının anım günündə onun xatirəsini əziz tutaraq şəhidimizin adını daşıyan MUXTAR QASIMLI adına İdman Mərkəzinin açılışı olmuşdur və bu idman mərkəzi haqqında ictimayət malumatlandırılmışdır.
Şəhidlərimizin haqqında xəbər hazırlamaq, onların xatirəsini əziz tutaraq gücümüzün yetdiyi sahələrdən onların xatirəsini yaşatmaq hər birimizin vicdan borcudur. Fikrimcə şəhidlərimizin xatirəsini yaşatmaq məqsədi ilə, edə biləcəyimiz mənəvi dəstəklərlə az da olsa ölməz qəhrəmanlarımızın valideyinlərinin yanında olmuş olarıq. Muxtar Qasımlı haqqında xəbər hazırlamaq mənim üçün həm çox ağır, həm məsuliyyətli, eyni zamanda da, çox şərəflidir. Ona görə ağırdır ki, Muxtar öz canını qurban verməyi göz önünə alaraq mənim doğulduğum, yenidən məskunlaşacağım dogma Füzulimi mənə geri qaytardı. Sabah həmin torpaqlarda rahatlıqla gəzə biləcəyiksə bunu Muxtar və onun kimi minlərlə ölməz qəhrəmanlarımıza borcluyuq.
Şəhidimizin atası Əli Qasımlının fikirlərini sizinlə bölüşmək istəyərdim. Əli dayı belə İdman Mərkəzlərinin açılmasını təqdirə layiq hal hesab etdiyini bildirdi. O, idmanın sağlamlığın mənbəyi olması ilə bərabər, eyni zamanda burada məşqlərə qatılan uşaqların vətənpərvərlik ruhunda böyüyəcəklərini xüsusi qeyd etdi.
Məhs elə Dünya və Avropa çempionu Malik Abbasovun rəhbərlik etdiyi Muxtar Qasımlı adına İdman Mərkəzinin açılmış olmasınıda buna nümunə göstərmək olar. Malik müəllimin rəhbərlik etdiyi İdman Mərkəzində bütün standartlara uyğun şərait vardır. Burada uşaqlarla bərabər böyüklər üçün də Fitnes və idman zalları mövcuddur. Muxtar Qasımlı adına zalının Baş meneceri, Azərbaycan cempionu Mehdiyev Vüsal müəllim Fitnes zalında gənclərimizin idmana olan marağının artırılması yönündə, onlara daima “Sağlam Bədəndə Sağlam Ruh Olar” devizini aşılayaraq hər zaman gənclərimizin səmərəli vaxtlarını idmana sərf edərək
sağlamlıqlarının keşiyində durmaları üçün dəstək olur.
Zalda olduğum zaman Beynəlxalq dərəcəli 2-ci dan Qara Kəmər ustası Natiq Həsənovun Karate Kokşin Kay (KARETE)idman növü üzrə məşq prosessini də izlədim. Natiq müəllimin məşq zamanı uşaqlarda idmana necə həvəs yatardığının şahidi oldum.
Siz burada Muxtar Qasımlı adına idman mərkəzinin karate müəllimi, dünya və avropa çempionu, əməkdar məşqçi Siyavuş Bayramovla, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan xüsusi təyinatlı zabit, idman mərkəzinin Cüdo və Kinboks üzrə baş məşqçisi İlham Məmmədovla birlikdə məşqlərə qatıla bilərsiniz.
MUXTAR QASIMLI adına İdman Mərkəzində bir çox idman növləri üzrə məşqlər keçirilir.
KARATE- WKF GÜLƏŞ
KOKŞİN KAY (KARATE) BOKS
HƏRBİ-DÖYÜŞ NÖVÜ CUDO
KİNQ BOKS CİU-CİTSU
GİMNASTİKA AEROBİKA
RƏQS Sizlər də özünüzün və övladlarınızın sağlam gələcəyini görmək istəyirsinizsə buyurub Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ŞƏHİD MUXTAR QASIMLI adına İDMAN MƏRKƏZİNƏ gələ bilərsiz. MUXTAR QASIMLI adına İDMAN MƏRKƏZİNDƏ siz peşəkar müəllim heyəti ilə birgə məşq edəcəksiniz.
Ünvan: Suraxanı rayonu, Qayaçuxur qəsəbəsi, Yusif Eyvazov 2 C küçəsi.
Telefon: +994 99 356 19 99
Əfsanə Əliyeva
Vetenim-Azerbaycandır.Az