Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BAAU-da 20 yanvar hadisələrinin ərəb mediasında işiqlandırılması ilə bağlı tədbir keçirilib

BAAU-da 20 yanvar hadisələrinin ərəb mediasında işiqlandırılması ilə bağlı tədbir keçirilib
17-01-2023, 19:34 172 dəfə baxılıb


Yanvarın 17-də BAAU-nun akt zalında 20 yanvar hadisələrinin 33-cü ildünümünə həsr olunan tədbir keçirilib. BAAU-nun Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım mərasimi “20 yanvar hadisələri ərəbdilli mediada” adı altında təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov 20 yanvar faciəsinin tərədilməsini şərtləndirən səbəblərdən danışaraq, onun mediada əks etdirilməsi və doğurdu rezonansı iştirakçıların diqqətinə çatdırıb. O deyib ki, Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Buna görə də hadisə baş verən vaxtı bir çox ölkələrin radiostansiyaları, mətbuatı yanvar faciəsi haqqında informasiya verir və onun təşkilatçılarını, icraçılarını qınayırdı. Azərbaycana dost ərəb ölkələri də bu hadisələr vaxtı və ondan sonra da ölkəmizin haqq səsinin çatdırılmasına bizimlə əməkdaşlıq edirdilər. 

AzərTAC-ın “Ərəb dilində informasiya” bölməsinin müdiri Şıxəli Əliyev 20 yanvar hadisələrinin ərəb mediasında işıqlandırılması ilə bağlı geniş məruzə ilə çıxış etdi. O dedi ki, hazırda 420 milyondan artıq ərəbdilli auditoriya var ki, onları obyektiv informasiya ilə təmin etmək tələb olunur. Azərbaycanlı jurnalistlər, diplomatik nümayəndəliklər və ziyalılar hazırda bu işi layiqincə yerinə yetirməyə çalışırlar. Tarixi, dini və coğrafi bağlılıq ərəb dünyasını Azərbaycan üçün yaxın emişdir və onlar ermənilərlə informasiya müharibəsində ölkəmizin haqlı mövqeyini müdafiə edirlər. “Biz həmçinin ərəb ölkələrinin mediasının özünəməxsus xüsusiyyətlərini də nəzərə alırıq ki, bu da uğur faktorlarından biridir” – Ş.Əliyev çıxışı zamanı bildirdi. O sonra dedi ki, bütün bunlar o qədər də asan başa gəlmir. Çünki Suriyada, Livanda ərəbdilli ermənilər var ki, onlar Azərbaycana qarşı kifayət qədər antitəbliğat kampaniyası aparırlar. 

Şıxəli Əliyev daha sonra bildirdi ki, ermənilər ərəb medasında 20 yanvar, Xocalı faciəsi ilə bağlı dərc olunmuş foto şəkilləri özlərinin başına gələn hadisə kimi təqdim etməyə və ictimaiyyəti çaşdırmağa çalışırlar. 

Daha bir naraqlı faktı iştirakçıların diqqətinə çatdıran Ş.Əliyev dedi ki, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdıran ərəbdilli şəxslərdən  biri də İordaniyalı akademik Mərvan Sudah olub. O xristan olsa da, ancaq 20 yanvar, Xocalı faciələri, eləcə də Azərbaycan barədə digər həqiqətləri ərəbdilli oxuculara obyektiv şəkildə təqdim edir. Buna görə də həmin jurnalist zaman-zaman ermənilərin təzyiqlərinə məruz qalıb və təqib edilib, lakin buna baxmayaraq mövqeyini dəyişməyib.

Ş.Əliyev sonda tədbirdə iştirak edən ərəb dili üzrə ixtisaslaşan tələbələrə müraciət edərək, onları 20 yanvar hadisələrini əks etdirən yazılarla ərəbdilli medaida çıxış etməyə səslədi.

Daha sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzinin İcraçı direktoru, dosent Mütəllim Rəhimov, Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova, çıxış etdilər.  Onlar ərəb mediasında 20 yanvar hadisələrinin işıqlandırılması, şərhi və ərəb ictimaiyyətində doğurduğu təəssüratlar barədə danışdılar. 

Tədbirdə iştirak edən tələbələr ərəb mediasında 20 yanvarla bağlı çap edilən bəzi məlumat və informasiyaları səsləndirdilər.

 


Nərmin Əzimli VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI