Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU-nun Quba filialında Özbəkistanın Termiz Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

ADPU-nun Quba filialında Özbəkistanın Termiz Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
13-10-2022, 11:32 238 dəfə baxılıb

  Görüşdə filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şairə, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Nağıqızı, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Termiz Dövlət Universitetinin prorektori, filologiya üzrə fəlsəfə doktoru, dotsent Obidjon Şofiyev, Azərbaycan və türk dünyasının tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, ADPU-nun filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Filologiya fakültəsinin dekan müavini dosent Pəri Paşayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova, Filologiya fakültəsinin dosenti Fəxrəddin Yusifov, Termiz Dövlət Universitetindən Nazokat Panjiyeva - doktorant, riyaziyyatçı, Şoira Omonturdiyeva - doktorant, filoloq, dilşünas, Abdulhamid Çoriyev - IT mərkazinin rəhbəri, İnobat Kərimova- Mətbuat xidməti rəhbəri, journalist, Izzat Tolipov - universitetin Gənclər Təşkilati rəhbəri, Obidxon Nizomiddinov - magistrant, dilşünas, Muhammadiyeva Ogiloy - 4-cü kurs tələbəsi, Rustamov Ramazon - 3 kurs tələbəsi, Ismoilova Sabina - 3 kurs tələbəsi və ADPU Quba filialının professor-müəllim və tələbə kollektivi iştirak edib.

Tədbir Özbəkistan və Azərbaycan respublikalarının dövlət himnlərinin səslənməsi ilə açılmışdır.
Tədbiri giriş sözü ilə açan direktor dosent Y.Alıyev qeyd edib ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında çox önəmli, böyük, təntənəli bir gün yaşanır. Bu gün biz burada Özbəkistan təhsil ictimaiyyətinin nümayəndələrini salamlayırıq və ADPU-nun Quba filialı olaraq beynəlxalq sahədə ilk addımımızı atırıq. İlk olaraq bu şəraiti yaratdığına görə ADPU-nun rektoru professor Cəfər Cəfərova və ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynovaya təşəkkür və minnətdarlığımızı bildiririk ki, bu gün bizlərə təhsilimiz üçün çox önəmli olan belə bir əlaqəni yaratmağa kömək etmişdir. Belə ki, bu gün ADPU-nun Quba filialı ilə Özbəkistan Respublikasının Termis Dövlət Universitetilə  təhsil sahəsində əlaqələrin qurulması üçün ilk addımlar atılacaqdır. Bununla bağlı müzakirələr, görüləcək işlər haqqında bugünkü görüşdə uğurlu bir nəticəyə gəlməyə çalışacağıq. Daha sonra dos.Yusif Alıyev Termiz Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mərkəzinin böyük əməyinə görə Mərkəzin rəhbəri Samir Abbasova dərin təşəkkürünü bildirmişdir.

Görüşün davam edən dəqiqələrində dos.Y.Alıyev sözü bu görüşün ərsəyə gəlməsində böyük əməyi olan professor Mahirə xanım Nağıqızına verərək qeyd etmişdir ki, Mahirə xanım zəngin yaradıcılığı ilə milli folklorumuza yeni rəng, yeni nəfəs, yeni ruh qataraq çağdaş dövrümüzün söz xəzinəsində böyük töhfələr vermişdir. ADPU-nun prorektoru Mahirə xanım Hüseynova bu görüşdə iştirak edən qonaqları salamlayaraq, həm ADPU-nun Quba filialının, həm də gələn qonaqların doğmalığını eyni kökdən olmağımızdan, qanımızdan, canımızdan irəli gəldiyi, tədbirin isti münasibətlər üzərində qurulması özünü hər addımda göstərir. Dəyərli professor müəllim heyətinin və tələbələrin diqqətinə çatdıraraq qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət içərisində təsil siyasətimiz də zirvədə dayanıb. Ona görə də beynəlxalq əlaqələrimiz sahəsində bu əlaqə bizim ilk addımımız deyil, bizim Avropa Amerika ölkələri universitetləri, eyni zamanda Türkiyənin reytinqli universitetləri ilə əlaqələrimiz genişdir və bu əlaqələrin güclənməsi üçün əlimizdən nə gəlirsə onu edirik. Üzünü tələbələrə tutaraq, "Erasmus+" layihələrinə toxunan professor bildirdi ki, bu layihə çərçivəsində Danimarka, Avstriya, Almaniya, Fransa kimi böyük ölkələrə tələbə mübadilələrimiz olur, eyni zamanda müəllimlərimiz təcrübə qazanmaq üçün pedaqoji yönümlü həmin universitetlərdə olurlar. Pedaqoji yöndə olması bizim müəllim hazırlayan 100 illik universitet olmağımızdan irəli gəlir. Və biz yeniliyə doğru daim can atan universitetik, belə ki, indiyə kimi universitetimizdən çox sayda tanınmış ictimai xadimlər, görkəmli elm adamları məzun olmuşdur.  Bu göstəricilər bizim universitetin yüksək səviyyədə təhsil verməsindən irəli gəlir. Eyni zamanda dəyişən dünyamızda inteqrasiya etmək hər bir birimizin borcudur. Bu sahədə təşəbbüsləri ilə fərqlənən filialın direktoru dosent Yusif Alıyevin də əməyini xüsusilə qeyd etmişdir. Həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova da dəstəyə görə təşəkkürünü ünvanladı.
Daha sonra müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbəmizə toxunmuş və qeyd etmişdir ki, bu il qardaş Türkiyə dövləti bizim Zəfər Bayramımızı Ankarada - Qazi Universitetində qeyd edəcəklər. Biz də orada universitetin böyük  professor-müəllim heyəti ilə iştirak edəcəyik. Bu bizim bayramımızdır, bu bizim türk dünyasının bayramıdır. Dünən isə tamamilə yeni bir səhifə Yusif müəllimin təşəbbüsü sayəsində ərsəyə gəldi. Termis Dövlət Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə belə bir böyük heyəti qəbul etdik, danışıqlar oldu. Bölgə universitetləri arasında əlaqələrin yaranması, mübadilələr, proqramlara yenidən nəzər salmaq, keçirilən fənlərin fərqliliyini yoxlamaq çox önəmlidir. İndi əlaqələrimiz genişləndikcə biz türkçülük yönündə böyük addımlar atırıq, buda gənc nəslin gələcəkdə Turan adlı böyük birliyin həqiqi vətəndaşları olmaq deməkdir. Biz başladıq, bunu isə gənc nəsil davam etdirəcək.

Daha sonra çıxış edən Termiz Dövlət Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Obidcon Şofiyev qeyd edib ki, bugünki mötəbər tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyayevin ölkələrimiz arasında yaradılan əlaqələr fonunda daha güclü və inamlı təsir bağışlayır. Kökü, dili, mədəniyyəti eyni olan Azərbaycan və Özbəkistan universitetləri ilə əlaqələrindən danışıldı, əməkdaşlığın daha da genişləndirilməsi vacibliyinin, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıldı. Termiz Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında geniş mübadilə aparılması məsələlərinə toxunuldu. İki ölkə arasında dostluq, əməkdaşlıq məsələləri, bu istiqamətdə həyata keçiriləcək işlər barədə məlumatlar verildi, tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə, xüsusi olaraq əlaqələrin qurulmasına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova təşəkkürünü bildirdi.

Tədbir Səma Asəfovanın moderatorluğu ilə davam edib, o, özbək türkcəsində qonaqların salamlayaraq Mahirə xanım Nağıqızının zəngin yaradıcılığınd Turan birliyinə, Vətənə, dilə həsr edilən şeir nümunələrindən səsləndirmişdir.
Tədbirdə, həmçinin Mahirə xanım Nağıqızının zəfərə həsr edilmiş digər şeirləri də səsləndirib.
Sonra çıxış üçün söz tanınmış və vətənpərvər şairimiz, "Vətən" poemasının müəllifi, Ramiz Qusarçaylıya verilib. Şair də qonaqları Qubada görməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb, onların hər birini Qubanın Şahdağı, Şahdüzü və Şahbulağı adından da salamlayıb.
Sonra tədbirdə ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edib. O, Özbəkistan və Azərbaycan ədəbiyyatının oxşar məqamlarını diqqətə çatdırıb. 
Daha sonra çıxış edən dosent Fəxrəddin Yusifov Azərbaycan və Özbəkistan əlaqələrinin məhz təhsil, elm və mədəniyyət üzərindən qurulmasını böyük uğur adlandırdı və bölgə universietetləri ilə bu əlaqənin önəmindən bəhs etdi. Daha sonra filialda illər ərzində hər mənada inkişafın getdiyinin şahidi olduğunu bildirib və bu işlərdə dos.Y.Alıyevin təşəbbüsünü alqışlayaraq tələbələri ancaq yüksək şəkildə oxumağa səsləyib. 
Sonda qonaqlara ADPU adından hədiyyələr təqdim edilib. 
 Sonda xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra universitetlə tanışlıq olub.



VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI