10:19 - Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb-FOTO
10:12 - Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb
17:23 - TƏBRİK EDİRİK!
16:38 - Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO
16:28 - Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
16:19 - Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
16:16 - Ramdan Auraq: “Makron küsmüş şıltaq uşaq kimi davranır” - MÜSAHİBƏ
20:54 - Narkotikvasitələrə yox deyək
17:53 - Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
17:50 - Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
17:47 - Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
17:43 - Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq - ŞƏRH
17:42 - Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq - ŞƏRH
ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentini təbrik edib
VETENİM-AZERBAYCANDIR.AZ
Dekabrın 24-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Salim bin Məhəmməd əl-Maliki dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında Azərbaycanla ICESCO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Dövlətimizin başçısı ərazilərimizin işğalı zamanı və işğaldan azad olunmasından sonra Azərbaycanın ədalətli mövqeyinin davamlı dəstəklənməsi və işğal dövründə ermənilərin torpaqlarımızda tarixi-mədəni abidələrimizi dağıtmaları barədə faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı ISESCO-nun və şəxsən Salim bin Məhəmməd əl-Malikinin fəaliyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Salim bin Məhəmməd əl-Malikinin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərə görə də bir daha minnətdarlığını bildirib.
Dövlətimizin başçısı və ICESCO-nun Baş direktoru əməkdaşlığın bundan sonra da genişlənlənəcəyinə əminliklərini ifadə ediblər.
Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevi ICESCO-nun mənzil-qərargahına səfərə dəvət edib.
Dövlətimizin başçısı dəvəti minnətdarlıqla qəbul edib və öz növbəsində Salim bin Məhəmməd əl-Malikini ölkəmizə səfərə dəvət edib.
ICESCO-nun Baş direktoru dəvəti məmnunluqla qəbul edib və təşəkkürünü bildirib.
VETENİM-AZERBAYCANDIR.AZ