Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezidentə təbrik zəngləri gəlməkdə davam edir - Yenilənir

Prezidentə təbrik zəngləri gəlməkdə davam edir - Yenilənir
24-12-2021, 14:56 200 dəfə baxılıb

Dekabrın 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Dekabrın 24-də Tacikistan Prezidenti Emoməli Rəhmon da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
***
Dekabrın 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Şavkat Mirziyoyev dövlət başçısını yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə təşəkkür edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
***
Dekabrın 24-də Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rumen Radev dövlət başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI