23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
BMZ Kollecinin açılış mərasimi baş tutdu.
Bildiyimiz kimi ölkəmizdə diğər sahələrdə olduğu kimi, təhsilin inkişafı istiqamətində də böyük uğurlara imza atılır, təhsil səviyyəsinin yüksəldilməsi uğrunda böyük işlər görülür.
BMZ Kollecinin açılış mərasimi baş tutdu.Təsisçisi Sadıqova Çinarə Vaqif qızıdır. Açılış mərasimində gənc təhsil insanları, menecerlər, ictimaiyyət nümayəndələri, müxtəlif peşə sahibləri, media nümayəndələri, o cümlədən Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucov da iştirak edirdi.
Tədbirdə açılış nitqi ilə Çinarə xanım çıxış etdi, bu təşəbbüsün məramından, qarşılarına qoyduğları məqsədlərdən danışıb. Azərbaycan gənclərinin xarici ölkədə təhsil mərkəzlərinə qəbulu üçün olduğca münbit şərait yaradıldığını vurğulayıb. Qeyd edək ki, Çinarə xanım tale yoluna qətliam yazılmış, 30 il əsarətə məhkum olmuş, əbədi, əzəli, tarixi Azərbaycan torpağı, diyarı olan Xocalıdandır.
O öz nitqində bütün bu məqamlara toxunaraq, ölkəmizin 44 gün ərzində haqlı vətən savaşına qalxaraq əldə etdiyi qələbəmizdən bəhs edib.
Sonra söz Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucova verilib. Kamran müəllim öz çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, xaricdə təhsil almaq üçün yaradılan şərait və mühit haqqında danışıb və kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra icraçı direktor Ülkər Fətəliyeva çıxış edərək, kollecə gənclərin qəbulu haqında dolğun məlumatlar verib. "Marsol MMC" Şirkətinin nümayəndəsi Dəmirova Aysel xanım, sonra şirkətin meneceri Qasımova Aysel, şirkətin nümayəndəsi, idarə heyətinin sədr müavini Fərid Rəcəbli çıxış etmişdir.
Qeyd edək ki, kollec Bakı Şəhəri Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşir və istənilən şəxslər marağlanıb müraciət edə bilər. Bu tədris mərkəzinin istər rəhbərliyi istərsə də bu komandada olan insanlar olduğca işgüzar, işinin peşəkarı olan insanlardır.
Bizdə öz adımızdan təbrik edir, tədris mərkəzinə uğurlar diləyirik.
Nəhayət Şirinova.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.
VETENİM-AZƏRBAYCANDIR.AZ