Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sağlam və güclü yaşamaq istəyənlərin məkanı.

Sağlam və güclü yaşamaq istəyənlərin məkanı.
13-10-2022, 23:31 534 dəfə baxılıb

02 oktyabr 2022 ci ildə  Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Şəhid Muxtar Qasımlının adını daşıyan İdman Mərkəzi istıfadəyə verilib. Bakının Suraxanı rayonu ərazisində yerləşən bu idman mərkəzi əsasən  gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Burada bir çox idman növləri üzrə məşqlər keçirilir və peşəkar müəllimlərimizin rəhbərliyi, eləcə də zəhməti nəticəsində gənclərin respublika miqyaslı yarışlara hazırlanaraq aparılması nəzərdə tutulur. İdman mərkəzimizdə Cüdo, Kinq-boks, Karate(WKF), Kokşin Kay Karate, Hərbi döyüş növü( yəni insan özünü necə müdafiə etməsinin öyrədilməsi), Gimnastika,Güləş, Boks, Aerobika, Ciu-Citsu, bölmələri və 2 ci zalımızda Fitnes xidməti də fəaliyyət göstərir. Biz  Azərbaycanda eləcə də rayonumuzda  ən yaxşı idman mərkəzi olacağımıza və şəhidimizin əziz adınını layiqincə təmsil edəcəyimizə inanırıq.  Dərslər peşəkar müəllimlər tərəfindən keçilir. Məşqlər  VKC döyüs növleri uzre Avropa cempionu, Dünya Mükafatcısı, idman ustası, eyni zamanda Səhid Muxtar Qasımlı adına idman mərkəzinin rəhbəri Malik Abbasov, Dünya və avropa cempionu əməkdar məşqçi Siyavuş Bayramov, Cüdo və Kinq-Boks üzrə başq məşqçi İlham Məmmədov, MMA döyüş növü üzrə idman ustası Elvin Rəhimov, Koksinkay karete müəllimi 2 ci beynalxalq qara kemer ustası Natiq Həsənov  tərəfindən keçirillir. Girişdə Valideyinlərin övladlarının məşq prosesini izləmələri üçün rahat şərait mövcuddur. Bundan əlavə Mərkəzimizdə siz məşqə gəldiyiniz zaman avtomobillərinizin tam arxayınlıqla park edə biləcəyiniz yer vardır.  Zal geniş və işıqlıdır. Ümumi sahəsi 800 kv dır. Mərkəzin hava təmizləmə və işıqlandırma sistemləri yeni quraşdırılıb və müasir standartlara cavab verir. Idman Mərkəzimiz əsasən 2 zaldan ibarətdir. Vüsal Mehdiyevin rəhbəri olduğu Fitnes zalımız sağlam və güclü qalmaq üçün lazım olan bütün müasir idman avadanlıqları ilə təmin olunmuşdur.  Burada   dərslər Fitnes zalın bas mesqcisi Namiq Memmedov tərəfindən keçirilir. Trenajor-idman zalımız sizlərə  geniş və zövqlü dizaynı ilə rahatlıq bəxş edəcəkdir, zalda ciddi şəkildə gigiyenik qaydalara əməl olunur. Əlavə olaraq, fitnes zalımızda peşəkar fərdi məşqçilər sizlərə xidmət göstərəcəkdir.  
ÜSTÜNLÜKLƏRİMİZ
 Yalnız sizlərin rahatlığının təşkili üçün çalışmağımızdır. 
Münasib qiymətlər
Ən müasir avadanlıqlar
Peşəkar müəllimlər və təlimçilər.
Sağlam bədəndə sağlam ruh olar deviziylə sizlərin xidmətindəyik

 


Əfsanə Əliyeva 

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI