08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
Xan qızı Natəvan - 190
Hərkəsə məlum olduğu kimi bir neçə gün öncə Qarabağımızın baş tacı olan Şuşamızda Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Xurşid Banu Natavanın 190 illikyubileyinə həsr olunmuş möhtəşəm bir tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət Vəkili Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse Prezidenti İsa Həbibbəyli, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, filologiya elmləri doktoru Raqub Kərimov, Azərbaycan Yazıçılar Birliyinin Katibi, şair Səlim Babullaoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in ideoloji məsələlər üzrə müşaviri, sairə publisist, “Rusiya Azərbaycan Qadınları İctimai Birliyi”nin Azərbaycan nümayəndəsi Nəsibə İsrafilqızı, görkəmli yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, media mənsubları və eyni zamanda Türkdilli ölkələrdən dəvət olunmuş şairlər, yazarlar iştirak edirdi.
Tədbirdən əvvəl mədəniyyət və ədəbiyyat xadimləri Xurşidbanu Natəvanın Şuşanın işğalından sonra ye idən ucaldılmış, güllələnmiş heykəlinin üzərinə çiçək dəstələri düzərək onun xoş xatirəsini andılar.
Daha sonra isə dahi şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış oldular. Sərgidə əsasən xalqımızın bədii təfəkkürünün görkəmli və əvəzolunmaz xadimi olan Xurşid Banu Natavanın qələmə aldığı əsərlər nümayiş olunurdu.
Bundan əlavə Xurşidbanu Natavanın "Gül dəftəri" adlı əl yazmaları dan seçilmiş şəkillər də nümayiş olundu. Bu sərginin əsas mahiyyəti onun öz əsərləri ilə birgə haqında yazılmış kitabın və digər yazılarında ictimaiyyətin nəzərinə çatdırılması idi..
Mədəniyyət Nazirimiz Anar Kərimov da bu möhtəşəm tədbirdə çıxış edərək qeyd etdi ki, bu görüş çox böyük önəm daşıyır, tək ədəbi, elmi ictimaiyyətimiz üçün deyil bütün Azərbaycan ictimaiyyəti üçün önəmli bir hadisədir.
Daha sonra iştirak edən dəyərli qonağlar çıxışlar edərək tədbirin mahiyyətihaqqında giyməti fikirlər bildirmişdir.
Qeyd etdiyimiz kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in ideoloji məsələlər üzrə müşaviri, sairə publisist, Nəsibə İsrafilqızı da olduğca yüksək əhval ruhiyyə ilə təbbirdə iştirak etmiş və hörmətli Nazirimiz Anar Kərimova öz kitabını hədiyyə etmişdir. Nəsibə xanım hər zaman öz vətənpərvərliyi, mərdliyi, əsl Azərbaycan xanımına xas əqidəsi ilə seçilən xanımlarımızdan olmuşdur. Bizdə Vətənim-Azərbaycandır. az ailəsi olaraq Nəsibə xanıma uğurlar diləyir hər zaman öndə olmağı arzu edirik.
Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.n
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ