17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Balakən Rayonunda Şəhid Ailələri və Qazilərlə Görüş kecirilib
Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Balakən rayonu Qabaqçöl qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüş keçirilmişdir.Tədbirdə YDD İB Şəki-balakən bölgə üzrə sədr Aqil Qasımov,Qabaqçöl qəsəbə sədri Rəşid Əlibeqov ,üzvlər,Qabaqçöl üzrə Vətən müharibəsi şəhid ailələri,qazilər,qonaqlar və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir
.
.
.
Görüşdə Vətən müharibəsi şəhidləri(ölümündən sonra),qazilər və YDD İB bir qrup üzvləri İctimai Birliyin sədri Nəbi Qafarovun təqdimatı ilə hazırlanan 44 günlük Vətən müharibəsində göstərilən şücaətə görə "Müzəffər ali baş komandan "fəxri diplomlarla mükafatlandırımışdır.Tədbir Novruz bayramı ərəfəsində təşkil olunduğuna görə hər bir şəhid və qazi ailəsinə bayram sovqatı göndərilmişdir.
.
.
Şəhid ataları Məzahir Əsdiyev, Əli Sarkayev, Ramazan Murtuzov, ,şəhid anası Nəzakət Əsdiyeva şəhid övladlarının döyüş yoldaşlarından eşitdikləri döyüş səhnələrindən söhbət açaraq:"Təki vətən sağ olsun!" dedilər.Qazilər adından çıxış edən Ömər Bozbaxov müharibə onları fiziki olaraq yaraladığını,ermənilərin Azərbaycanda etnik qruplar arasında nifaq toxumu səpərək ictimaiyyətdə çaxnaşma yaratmaqla işğalı sürdürmək"Böyük Ermənistan"xülyaları naminə yeni torpaqlar əldə etmək arzusunun urəklərində boğduqlarınl bildirdi.
.
.
.Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə öncə Balakən şəhidlərinin xatirəsinə aid video çarx izlənilmiş,Azərbaycan respublikası ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidləri hörmət əlaməti olaraq bir dəqiqə sükutla yad edilmişdir. Möhtərəm prezidentin 44 günlük "Dəmir yumruq"əməliyyatında Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi avarların da Vətən müharibəsinə böyük dəstək verildiyi vurğulandı.Qabaqçölün Vətən müharibəsinə 4 şəhid verdiyi,11 qazinin və yüzlərlə müharibə iştirakçısı olmuşdur.Vetenim-Azerbaycandir.az