Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Odlar Yurdum .

Odlar Yurdum .
22-06-2022, 10:01 437 dəfə baxılıb

Diyar-diyar dolanıb,gəzsən dünyanı,

Mənim kimliyimə tay ola bilməz,
Dünya qorxaqlara boyun əysə də,
Ulduzlar birləşib ay ola bilməz!!! 

Yurdum Odlar yurdu,od nəfəsliyəm,
Mən Polad vüqarlı,Bülbül səsliyəm,
Şuşa dağlarının şikəstəsiyəm,
Torpaqdan dosta da pay ola bilməz!!! 

Türklük soykökümdür,yurd Azerbaycan,
Türkiyəm vüqardır,qəlbdə iki can,
Bu millət candan  keçsə,axıtsa da qan,
Düşmən qarşısında sarala bilməz!!! 

Şəhidin qanıyla sulanan topraq,
Yalnız igid ərlər bar verəcəkdir!!
Yurduma göz dikən yağı düşmənlər,
Polad qılıncımda sər verəcəkdir!!! 

Qürurla dolandım İsa bulağın,
Gözümdə canlandı nər oğulların,
Vətən,ucada olsun daim səsin,sorağın
Heç dünya varı sənə tay ola bilməz!!!

     ÇİNARƏ SEYRAN.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI