17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və 19 saylı BŞX-nın qazilərə dəstəyi
Vetenim-Azerbaycandir.az
İkinci Vətən müharibəsində, yəni 44 günlük savaşda 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində döyüşlərdə yaralanan qazimiz Qədirov Qədir Asif oğlunun evində çəkilişdə olduq. Çəkiliş zamanı mən qazimizin həyat hekayəsi ilə tanış oldum.
O, Cənnət Qarabağ torpaqlarımızın azad edilməsində qəhrəmancasına döyüşərək ciddi xəsarətlər almışdır. Buna görə də qazimiz Qədir Asif oğlunun müayinə və müalicə olunmasına ehtiyacı vardır.
Qaradağ Rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elçin Hüseynovla həmsöhbət olarkən qazimizin durumu onu bir vətənpərvər insan kimi narahat etdi və dərhal Qədirin müayinə və müalicəsini boynuna götürərək, ona köməklik edəcəyini bildirdi. Onu da nəzərinizə çatdırım ki, Elçin həkim həmişə qazi və şəhid ailələrinə diqqət və qayğı göstərmişdir. Buna görə də həkimin göstərdiyi xeyirxah əməllərinə qiymət verilərək o, dəfələrlə "Fəxri Fərman" və müxtəlif növ naminasiyalarla təltif edilmişdir.
Bəli, Elçin Hüseynovun 44 günlük Vətən müharibəsində istər mənəvi, istərsə də maddi dəstəyi heç də az olmayıbdır. Düzdür o, göstərdiyi bu xeyirxah əməllərini gizli saxlasada bizlərin hər birimizin bu haqda məlumatımız vardır.
P.S. Sonda məndə Qaradağ rayon "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" iB- nin sədri olaraq kollektivimiz adından Elçin həkimə şəhidlərimizə, onların ailələrinə, qazilərimizə göstərdiyi diqqət, qayğı və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.