Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"XOCALI TARİXİN QAN YADDAŞI"

"XOCALI TARİXİN QAN YADDAŞI"
27-02-2021, 20:11 1 057 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
Keçən il Leyla xanım Əliyevanın təşəbbüsü ilə ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət "XOCALI TARİXİN QAN YADDAŞI" beynəlxalq sərgi keçirildi. Bu sərgiyə rəssam Məmmədli Gülarə də qoşuldu. Gülarə Xocalı Faciəsinə aid rəsm əsəri təqdim etməli idi ki,həmin sərgidə iştirak etsin.Sosial şəbəkələrdə daha çox onu balaca qızcığazın fəryadı olan foto onu cəlb edir.Həmin fotodakı görüntünü çəkməyi qərara aldı.Vaxt çox məhdud idi.Vaxta çox az qalmışdı. Rəsmi qısa bir müddətə hazırladı.Lakin hər rəsm işləyəndə Gülarəni bir şey çox narahat edirdi, duyğulanırdı,hətta kövrələn vaxtı da olurdu.Onu yalnız bu sual düşündürürdü-Görəsən bu fotodakı uşaqlar sağdılarmı,haradadılar indi kaş bilərdim? Gülarənin söylədiklərindən. Bir gün anam mənim çox kefsiz olduğumu görüb soruşdu ki,nədən bu qədər kefsizsən axı böyük bir sərginin iştirakçısı olmusan.Seçilmiş ən yaxşı rəssamların əsərlərinin sərgisi olacaq.Əksinə sən şad olmalısan.Mən nədən belə olmağımı anama söylədim.Anam da biraz təskinlik verdi.Qızım darıxma yəqin ki,sağ qalarlar inşallah. Biz rəsimlərlə bir çox rayonlarda olduq.Sonra 200 rəsimdən seçilmiş 50 ən yaxşı rəsimlər sırasına düşdük mənim və gəlinimiz Gözəl Əliyevanın da rəsmlərimizi xarıcı ölkələrdə keçirilmiş sərgilərdə nümayiş edildi. Sonda bizə Fəxri Fərman Diplomlar təqdim edildi. Lakin mən yenə sevinmirdim.Məni həmin fikir hər gün narahat edirdi. -Görəsən bu uşaqlar indi sağdılarmı,görəsən haradadılar ? Bir gün anam mənə böyük bir sürpriz etdi.Həmin qızı tapdığını və qucağındakı bacısıyla birlikdə sağ salamat olduqlarını bildirdi.Fotodakı həmin qızı Həyatı Bakıya dəvət edib bizi görüşdürdü. Sən demə anam həmin vaxtdan bu qızların sorağına çıxıb.Uzun zaman axtardıqdan sonar Xocalı İcra hakimiyyətin nümayəndəsi hörmətli Vahid müəllimin köməyi ilə onları tapıb. Əvvəl telefonla danışıb,sonar da Bakıya dəvət edib.Sağ olsun dəvəti qəbul edib uzaq yolu qət edib gəlib. Həmin fotodakı balaca qızcığaz Həyat Bayramovadır,qucağındakı isə bacısıdır. Həyatın öz dili ilə dediklərindən. O zaman mənim 12 yaşım,bacım Fatimənin isə 3 yaşı var idi.Ermənilər gecə ilə hücum çəkdilər bütün kəndimiz evdən qışın soyuq günündə üst geyimsiz, ayaqyalın, başıaçıq 1 sutka yarım 2 günə gəlib çıxdıq bu yerə.Biz hamımız ac-susuz idik.Mən o fotoda ağlayırdım fəryad edirdim,ata-anamı axtarırdım bacımı heç kimə vermirdim.Qucağımda bacımı bərk bərk saxlamışdım,elə bilirdim tək deyiləm bacım yanımda.Atam gil və çox adam su-çörək dalıyca getmişdilər.Mən elə hey ağlayırdım.Çox ağır bir faciə idi.Onu anlatmaq o hissləri yenidən yaşamaq deməkdir.Kiçik yaşlarımdan böyük bir travma alan körpələrin yaddaşında çox az şeylər qalıb.Amma bilirdik ki,bizi bu acınacaqlı vəziyyətə salan düşmənimiz Ermənilərdi. O dəhşətli günü xatırlamaqdan da qorxuram,çünki çox qorxulu və məşəqqətli gün idi.Gözümüzün önündə kəndimizin neçə-neçə igidləri,əsgərləri,qocaları,uşaqları necə güllələdiklərini gördük.Biz təsadüfən sağ qalanlardanıq.Atam-anam da sağdılar yaşayırlar.İndi Mən də ailəliyəm 3 övladım var,bacım Fatimə də ailəlidir onun da övladları var.Hal-hazırda biz yarımız Gəncədə mən isə Goranboy rayonun Buzluq kəndində məskunlaşmışam.Sağ olsun Zəminə xanımı dəvəti ilə gəldim Bakı şəhərinə,qızının rəsm əsəri ilə tanış oldum.əllərinə-ürəyinə sağlıq çox gözəl yaradıb.Qızınız Gülya xanıma dərin təşəkkürümü bildirirəm ki,o gözəl ürəyi ilə bu rəsm əsərini yaratdı və səbəb oldu bizi tanış etməyində.Zəminə xanım məni bir neçə Dəyərli insanlarla tanış etdi mən çox məmnun oldum və çox sevindim belə dəyərli insanlarla görüşüb həmsöhbət olduq.Mənimlə maraqlandılar.Sağ olsunlar hər biri.Buradan fürsətdən istifadə edib hər birinə dərin təşəkkürümü bildirirəm.Nə yaxşı ki,varsınız,məni axtarıb arayırsınız." Bəli əziz dostlar bu da bir Rəsm Əsərinin hekayəsi. PS: Həyatla bu günə kimi əlaqələrimiz davam edir.Tez-tez danışırıq,görüşürük...Baxmayaraq uzun illər şəraitsiz-bərbad evdə yaşayıb 3 övlad böyüdüb və hər il xəstəlikləri ilə bağlı müalicələr alır,amma yenə də Həyatda-Həyat eşqi var.Kəlbəcərə qayıtmağını səbirsizliklə gözləyir.İnşallah ki,Kəlbəcərdə görüşəcəyik.! Sonda mən də Anama Zəminə Səfərovaya dərin təşəkkürümü bildirirəm ki,həqiqətəndə o rəsimdəki uşaqların sağ salamat olduqlarını mənə sübut etdi axtardı tapdı məni sevindirmək üçün.Bu gün çox xöşbəxtəm ona görə ki.bu rəsimdəki göz yaşları bir daha olmayacaq. Arzu edirəm ki,bundan sonrakı rəsim əsərlərimdə bütün uşaqların sevincli,gülüş dolu xöşbəxt-firəvan yaşayan anlarını fırçamda həkk edim. Belə xöşbəxt sonluqla bitsin bütün sonluqlar!


 


Gülarə Məmmədli

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI