17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
MURAD ÖMRÜ
Vetenim-Azerbaycandir.az
İnsan dünyaya bir dəfə gəlir. Onun necə yaşaması, hansı sənəti seçməsi öz əlindədir. Haqqında yazacağım Murad Telman oğlu Mirzəyev kimi. O, 13 yaşında ikən C.Naxçıvanski adına hərbi liseyi seçdi. Oxuduğu müddət ərzində hər kəsin hörmət və rəğbətini qazandı. Üç ildən sonra təhsilini davam etmək üçün Türkiyənin Ankara şəhərinə üz tutdu. Orada Kara Harp Okulunda ali təhsilə başladı.
Təhsil aldığı illər ərzində dəfələrlə fəxri fərmanlara layiq gödüldü. Nəhayət oranı fərqlənmə ilə bitirib Azərbaycana qayıdır. Öyrənmək, hərbin sirlərini dərindən mənimsəmək ən böyük arzusu idi. Böyük dövlətlərdə dəfələrlə təlimlər keçmişdi. Vətən üçün çox dəyərli zabit idi. Polkovnik-leytenant Murad Mirzəyev XTQ də öz vəzifə borcunu yerinə yetirirdi. Tabeçiliyində olan hərbi qulluqçularla ən qaynar nöqtələrdə olardı.
Azğınlaşmış erməni vandalları durmadan ərazilərimizi atəşə tutur, Tərtər rayonunu da işğal eyməyə can atırdı. Murad Mirzəyev 2016-cı il martın axırlarında tabeçiliyində olan hərbi qulluqçularla qaynar nöqtələrə yola düşür. 3-4 gün davam edən Aprel döyüşlərində 29 nəfər hərbi qulluqçu şəhid olur. Onların arasında Murad Mirzəyev də vardı. Onlar şəhid olsalar da, 2000 hektar ərazini düşməndən təmizləməyə nail oldular.
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Murad Mirzəyev, Saleh Qurbanovun təsisçiliyi ilə Moskvada nəşr olunan "Vətən çağırır" qəzetinin növbəti, - sayca 28-ci kitabı məhz onun haqqında yazılmışdır.
Kitabın ərsəyə gəlməsində Moskva vilayəti Dmitrov rayonu üzrə Azərbaycan diasporasının sədri, Rusiya Miqrantlar Federasiyasının Moskva vilayəti üzrə regional bölmənin rəhbəri Seyran İsmayıl oğlu Hüseynovun böyük rolu olmuşdur.
Qeyd etmək istəyirəm ki, Seyran Hüseynov bu günə qədər şəhidlər haqqında yazılan bir çox kitablara sponsorluq etmişdir. Onun şəhid ailələrinə verdiyi dəyər danılmazdır. Artıq "Vətən çağırır" qəzetinin 28-ci kitabı oxucuların ixtiyarına verilir. Kitablar pulsuzdur.
Seyran Hüseynov kimi oğullarımızın və eləcədə digər heyət üzvülərinin sayəsində şəhidlərimiz unudulmayacaqdır.
Gülsüm ADİLQIZI
Moskvada nəşr olunan "Vətən çağırır" qəzetinin baş redaktoru