Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda maşından külli miqdarda narkotik və ət aşkarlandı - Fotolar+Video

Bakıda maşından külli miqdarda narkotik və ət aşkarlandı - Fotolar+Video
8-01-2022, 23:21 194 dəfə baxılıb

Paytaxtın Nərimanov rayonunda Bərdədən gələn avtomobildən külli miqdarda narkotik vasitə və 360 kiloqram mənşəyi məlum olmayan ət aşkar olunub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Bəxtiyar Məmmədov saxlanılıb.
Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkar edilib. Həmin şəxslə birlikdə saxlanılan həmyerlisi Ramin Nəbiyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə mənşəyi bilinməyən və tibbi sənədləri olmayan 360 kiloqram ət aşkar olunub. Ramin Nəbiyev ifadəsində ətin Anar Kərimov adlı tanışına məxsus olduğunu bildirib.
Qeyd edək ki, Bəxtiyar Məmmədovdan aşkar edilən narkotik maddələrlə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Aşkar olunan ətin mənşəyinin və insan orqanizminə zərərli olub-olmadığını müəyyən etmək üçün isə ekspertiza təyin edilib.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI