01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Su polisinin narkotik əməliyyatının görüntüləri yayıldı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, İdarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.
Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 7 kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.