17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Tanınmış prodüser Minarə Əskərova müalicə üçün Türkiyəyə yola düşüb-Foto
Tanınmış prodüser Minarə Əskərova müalicə üçün Türkiyəyə yola düşüb
İctimai Televiziyanın əməkdaşı Minarə Əskərova bildiyimiz kimi illərdir ağır xəstəlikdən əziyyət çəkir və bununla bağlı dəfələrlə müayinə və müalicələrdən keçir.
Əldə etdiyimiz məlumata görə, Minarə Əskərova müalicə üçün yenidən Türkiyəyə yola düşüb
Bildiyimiz kimi ailədə yalnız Minarə xanım çalışdığı üçün ailənin bütün yükü Minarə xanımın zərif çiyinlərinə düşür . İki övladı üçün ağır xəstəliklə illərdi mübarizə aparan bir azərbaycanlı anaya çətin anlarında maddi və mənəvi dəstək lazımdır. Həddindən artıq həssas olan Minarə xanım yaşadığı bütün çətinliklərə baxmayaraq maddi kömək üçün heç kimə müraciət etməyib və etməyə utanır. Amma inanıram ki, ona dostları və xeyirsevər xalqımız dəstəyini əsirgəməyəcək. İllər öncə Minarə xanımın xaricdəki müalicəsi üçün açdırdığımız hesab nömrəsi aktivdir, hər kəs imkanı daxili hesab köçürməklə ailəyə dəstək ola bilər. Gəlin anasının yolunu səbirsizliklə gözləyən, onu sağlam görməyi arzulayan iki övladını bu çətin anlarında tək qoymayaq.
Xatırladaq ki, Minarə Əskərova 1979 cu il 28 iyun Bakı şəhərində doğulub. 17 nömrəli tam ota məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub. 18 yaşından televiziyada fəaliyyət göstərir. Soy Prodakşn, Lider, Space-də çalışan Minarə xanımın son iş yeri İctimai TV olub. 15 ildir İTV-də çalışan Minarə xanım "Gənclər Elm və Təhsil Deparatmentində Prodüser, bir neçə verilişin rejissor və layihə rəhbəri olub. Hazırda isə İctimai Televiziyada Gənclər, Elm və Təhsil Departamentinin, "Film və Media" Yaddaş" , "Din və Cəmiyyət" və bir-birindən maraqlı, izlənilən verilişlərin Prodüseri -rejissoru olan qəhrəmanımız həmçinin Beynəlxalq 23 Aprel Uşaq Şənliyində də gördüyü işlərə görə mükafatlanmış, Türkiyə mətbutının manşetlərində yer almışdır.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Minarə Əskərova 2019-cu ildə Heydər Əliyev Fondun dəstəyi ilə "serebral beyin qişasının xoşxassəli neoplazması, hərəkət çətinliyi, digər yerdə təsnif edilməyən spastik hemiplegiya " diaqnozu ilə Türkiyədə müalicə olunub. "Oraqşəkilli struktur meningioması" diaqnozu qoyulan Minarə Əskərova hazırda televiziyada əmək fəaliyyətini davam etdirsə də, vaxtaşırı olaraq bu problemdən əziyyət çəkir. Daimi olaraq müayinə və müalicəsini davam etdirmək məcburiyyətindədir.
Allahdan Minarəmizə can sağlığı, şəfa diləyir, xalqımızı ona kömək olmağa səsləyirəm
Vüsalə Qələndərli