Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tanınmış prodüser Minarə Əskərova xəstəxanada-Foto

Tanınmış prodüser Minarə Əskərova xəstəxanada-Foto
29-01-2021, 23:06 1 319 dəfə baxılıb

İctimai Televiziyanın əməkdaşı Minarə Əskərova bildiyimiz kimi artıq 5 ildir ağır xəstəlikdən əziyyət çəkir və bununla bağlı dəfələrlə müayinə və müalicələrdən keçir.

Əldə etdiyimiz məlumata görə, qəfildən halı pisləşən Minarə xanım Sabunçu rayonu 3 saylı Şəhər xəstəxanasında nevroloji şöbəyə yerləşdirilib və hal -hazırda müalicəsi davam etdirilir. Minarə xanımla əlaqə saxlamağa çalışdıq amma, o həssas olduğu üçün bizimlə telefonla danışa bilmədi, çox kövrəldi . Yalnız bir söz deyə bildi: "Çox sağolun dostlar, bilirsiz artıq 5 ildir həyatla mübarizə aparıram, iki balam üçün həyatda qalmağa mücadilə edirəm. Və yalnız iki övladımı düşünürəm" .
Sonra kövrələrək bizimlə sağollaşdı.
Bildiyimiz kimi ailədə yalnız Minarə xanım çalışdığı üçün ailənin bütün yükü Minarə xanımın zərif çiyinlərinə düşür . İki övladı üçün ağır xəstəliklə illərdi mübarizə aparan bir azərbaycanlı anaya çətin anlarında maddi və mənəvi dəstək olaq. Həddindən artıq həssas olan Minarə xanım yaşadığı bütün çətinliklərə baxmayaraq maddi kömək üçün heç kimə müraciət etməyib və etməyə utanır. Amma inanıram ki, ona dostları və xeyirsevər xalqımız dəstəyini əsirgəməyəcək. İllər öncə Minarə xanımın xaricdəki müalicəsi üçün açdırdığımız hesab nömrəsi aktivdir, hər kəs imkanı daxili hesab köçürməklə ailəyə dəstək ola bilər.
Minarə xanıma Allahdan möhkəm can sağlığı, iradəli olmağı və onu illərdi sınağa çəkən bu xəstəliyə qalib gəlməyi arzulayırıq.
Əziz Minarə xanım, İnşallah iki balanı arzuladığı kimi böyüdüb gözəl günləri ilə sevinəcəksən. Yardım üçün başlatdığımız aksiyamıza görə də üzülmə, heç birimiz sabah nələr yaşayacağımızdan sığortalanmamışıq. Xəstəliklə mübarizə böyük müharibələrdə xalqın birlikdə mübarizəsi kimidir. Biz də birləşərək çətin anlarda bir-birimizə dəstək olmalıyıq. Axı, həyat Tanrının verdiyi ən gözəl nemətdir, xəstəlik isə heç kəsin sığortalanmadığı gerçəklik. Səni sevirik Yaxşı ki varsan.
Minarə xanıma dəstək olmaq istiyən hər kəs xəstəxanaya ziyarətinə gedə bilər
Xatırladaq ki, Minarə Əskərova 1979 cu il 28 iyun Bakı şəhərində doğulub. 17 nömrəli tam ota məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub. 18 yaşından televiziyada fəaliyyət göstərir. Soy Prodakşn, Lider, Space-də çalışan Minarə xanımın son iş yeri İctimai TV olub. 15 ildir İTV-də çalışan Minarə xanım "Gənclər Elm və Təhsil Deparatmentində Prodüser, bir neçə verilişin rejissor və layihə rəhbəri olub. Hazırda isə İctimai Televiziyada Gənclər, Elm və Təhsil Departamentinin, "Film və Media" Yaddaş" , "Din və Cəmiyyət" və bir-birindən maraqlı, izlənilən verilişlərin Prodüseri -rejissoru olan qəhrəmanımız həmçinin Beynəlxalq 23 Aprel Uşaq Şənliyində də gördüyü işlərə görə mükafatlanmış, Türkiyə mətbutının manşetlərində yer almışdır.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Minarə Əskərova 2019-cu ildə Heydər Əliyev Fondun dəstəyi ilə "serebral beyin qişasının xoşxassəli neoplazması, hərəkət çətinliyi, digər yerdə təsnif edilməyən spastik hemiplegiya " diaqnozu ilə Türkiyədə müalicə olunub. "Oraqşəkilli struktur meningioması" diaqnozu qoyulan Minarə Əskərova hazırda televiziyada əmək fəaliyyətini davam etdirsə də, vaxtaşırı olaraq bu problemdən əziyyət çəkir. Daimi olaraq müayinə və müalicəsini davam etdirmək məcburiyyətindədir.
Vüsalə Qələndərli

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI