17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
“Azərenerji” 57 keçmiş məcburi köçkünü işlə təmin edib
Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və 3 yarımstansiya tikilərək istismara verilib.
“Azərenerji”dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda 5 yarımstansiya, 1 elektrik stansiyasında tikinti, quraşdırma işləri, o cümlədən yüksək gərginlikli xətlərin çəkilməsi prosesi davam edir.
Nəticədə bu günə kimi “Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinləridir. Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik stansiyasında 5 nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında 9 nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında 7 nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında 6 nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə 4 nəfər işlə təmin edilib.
Bundan başqa tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da 4 nəfər işlə təmin edilib ki, onların da hamısı məhz cəbrayıllılardır.
Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib. Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları, ya doğulduqları rayonun, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir.