17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Prezident və xanımı Mehriban Əliyeva sosial obyektlərin açılışında iştirak etdilər FOTOLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonuna gəliblər. Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev yenidən qurulan 220/110/10 kV-luq və yeni tikilən 110/35/10 kV-luq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan təlabatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 km məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır. Sonra Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsi ilə yeni tikilən 110/35/10 kV-luq “Xırdalan” yarımstansiyasını işə salıb.
Qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevə yeni SCADA layihəsinin birinci mərhələsinin başa çatması barədə də məlumat verilib. Yarımstansiyanın yeni inzibati binasında SCADA idarəetmə sisteminin tam həcmdə ehtiyat dispetçer idarəetmə mərkəzi yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb liseydə yaradılan şəraitlə tanış olub. Dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında da iştirak ediblər. Dövlət başçısının müvafiq sərəncamı ilə tikilən tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. 150 çarpayılıq xəstəxanada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Burada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Mərkəzi Xəstəxana, Abşeron Rayon Poliklinikası, Abşeron Rayon Uşaq Poliklinikası və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. Dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı. Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.