17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Etibar Mirzəyev türkiyəli nazir Bekir Pakdemirli ilə görüşdü - Foto
Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə hazırda Türkiyədə olan nazir müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, E.Mirzəyev Türkiyədə baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan FHN-in yanğın, xilasetmə, aviasiya və tibb qüvvələrinin qardaş ölkəyə gəldiyini bildirib.
Türkiyədə olmasında məqsədinin yardıma gəlmiş Azərbaycan FHN-in qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili olduğunu vurğulayan Etibar Mirzəyev, qüvvələrin tərkibi və imkanları, həmçinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətləri barədə ətraflı məlumat verib.
Öz növbəsində türkiyəli nazir Bekir Pakdemirli ölkəsində baş verən meşə yanğınlarının miqyası və yanğınla mübarizə tədbirləri haqqında danışıb.
B.Pakdemirli, həmçinin meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.