01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
“Biz Kərim Vəliyevin nə yerlisi, nə də qohumlarıyıq, lakin...”
“Ədaləti itirmək, qərəz və böhtan - vicdanı itirmək deməkdir...”
“Böyük fəxr hissi ilə bildirirəm ki, Kərim Vəliyevin atası, çox hörmətli Tofiq Vəliyev mənim ən sevimli müəllimlərimdən, Azərbaycan Respublikasının Baş Prokurorluğunda rəhbərlərimdən biri olmuşdur...”
Son vaxtlar bəzi diletantlar və paxıllar Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə yenicə təyinat almış, general-leytenant Kərim Tofiq oğlu Vəliyevə qarşı uğursuz qaralama kompaniyasına başlamışlar. Vicdanı, əqidəsi, məsləyi olan hər bir azərbaycanlı heç şübhəsiz ki, belə ədalətsiz mövqelərdən məyus olur, bu yolu tutanlara açıq nifrət edirlər. Çünki otuz ildən çox işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasında Ali Baş Komandan, ölkə prezidenti, cənab İlham Əliyevin ən etibarlı və müzəffər silahdaşlarından biri olan Kərim Vəliyevə qarşı kampaniya əslində dövlətimizə, millətimizə, onun milli təhlükəsizliyinə, konstitusiya quruluşuna qarşı yönəlmiş xəyanət qədər təhlükəli və qəddardır. Kərim Vəliyevin bizim müdafiəmizə heç bir ehtiyacı olmadığı şübhə doğurmur, lakin bu ölkənin çoxsaylı adi vətəndaşları kimi, biz də bu kampaniyanı təəssüf hissi ilə, qəlb ağrısı ilə qarşılayır və ona biganə qala bilmirik...
Vicdanını nə qədər itirmiş olmalısan ki, bütün şüurlu həyatını Azərbaycanımızın müdafiəsinə sərf etmiş bir sərkərdə haqqında hədyanlar yazmağa özündə güc tapasan. Biz Kərim Vəliyevin nə yerlisi, nə də qohumlarıyıq. Lakin illər uzunu əzab çəkdiyimiz, narahat yaşadığımız illərdə Kərim Vəliyevin fədakar xidmətləri daim gözümüzün qarşısında olmuş və bizi qürurlandırmışdır...
Fəxr hissi ilə bir daha xatırlatmağı vacib hesab edirik ki, Kərim Vəliyev Azərbaycanın ən tanınmış nəslinin - Vəkilovlar nəslinin ən layiqli və fədakar oğullarından biridir. O, hələ gənc yaşlarında orta məktəbi qurtaran kimi Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə 1990-1994-ci illərdə Moskvada, dünyaca şöhrətli Frunza adına Hərbi Akademiyasında təhsil almış, hərb elminin ən incə və müasir nailiyyətlərini, taktika və strategiyalarını peşəkarlıqla mənimsəmişdir. Hərb yolunda nəzəriyyə və təcrübəni üzvi surətdə, peşəkarcasına əlaqələndirən Kərim Vəliyev bütün həyatı boyu ona tapşırılan vəzifələrin icrasını şərəflə yerinə yetirmişdir. O, öz üzərində daim işləmiş, təkmilləşmiş və son nəticədə illərlə işğal altında olan Vətən torpaqlarının azad olunmasını özünün həyat məqsədləri, şərəf işi kimi qəbul etmişdir. O, tağım komandiri, briqada komandiri, cəbhə komandanı, korpus komandiri, müdafiənin planlaşdırılmasının hərbi strategiyası idarəsinin rəisi olaraq torpaqlarımızı azad edə biləcək kadr korpusunun yetişdirilməsinə xüsusi önəm vermişdir. Bu amalla çarpışan komandan, onun həyat yolu və xidmətləri, hərbi xadim kimi uğurlu döyüş yolu onu məntiqi olaraq Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi mötəbər bir zirvəyə ucaltmışdır. Biz, Azərbaycan xalqı onun qələbələrinə və uğurlarına inanır və etibar edirik. Mən böyük fəxr hissi ilə bildirirəm ki, Kərim Vəliyevin atası, çox hörmətli Tofiq Vəliyev Azərbaycan Respublikasının Baş Prokurorluğunda mənim ən sevimli müəllimlərimdən, rəhbərlərimdən biri olmuş, ömrünün sonuna qədər öz tələbələri ilə daim maraqlanmış və onların uğurlu yoluna xeyir-dua vermişdir...
İlahi elm, İslam dini ədaləti böyük Allahın sifətlərindən biri hesab edir. Biz Kərim Vəliyevə qarşı qarayaxma kompaniyasını rədd edir və əminik ki, gənc sərkərdə, hərbi xadim Kərim Vəliyev xalqımızın və Ali Baş Komandanımızın ona göstərdiyi etimadı doğruldacaq və həmişə bizim fəxr yerimiz olduğunu öz əməlləri ilə sübut edəcəkdir.
Bəhram Zahidov, Müharibə və Əmək veteranı, hüquq elmləri doktoru,
professor