Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müharibə generalları Ordunun başına gətirildi – Azərbaycan Ermənistana hansı mesajı verir?

Müharibə generalları Ordunun başına gətirildi – Azərbaycan Ermənistana hansı mesajı verir?
26-07-2021, 05:30 659 dəfə baxılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin ediliblər:
General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
General-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.
General-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.
General-mayor Seyidov Kənan Əlihüseyn oğlu – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Bu təyinatlarda diqqəti ən çox çəkən məqam kabinet generallarının müharibə generalları ilə əvəzlənməsidir. 
Belə ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun yeni Baş Qərargah rəisi təyin olunan Kərim Vəliyevin 60 yaşı var. Cəmiyyət mərhum silahdaşı Polad Həşimov kimi onu da səngər generalı kimi tanıyır. Frunze adına Hərbi Akademiyanın məzunu olan Vəliyev “Azərbaycan bayrağı ordeni” “Vətən uğrunda” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
General Vəliyev Aprel və Tovuz döyüşlərinin iştirakçısıdır. O, İkinci Qarabağ Müharibəsi zamanı Cəbrayıl və Qubadlı uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
Təyinat cəmiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Sərəncamdan sonra sosial şəbəkələri K. Vəliyevin müharibə zamanı səngərdə çəkilmiş fotoları paylaşılmağa başlayıb.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilən general-mayor Ənvər Əfəndiyev Türkiyə Quru Qoşunları Hərbi Akademiyasının məzunudur. Uzun illər Müdafiə Nazirliyində Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində çalşıb. Birinci və İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Döyüş generalı olan Əfəndiyev qüsursuz hərbi xidmətə görə müxtəlif dövrlərdə 20-yə yaxın orden və medalla təltif olunub.
General-leytenant Nizam Osmanov da səngər generalıdır. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. General Osmanov bu xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı və “Qarabağ” ordeni ilə təltif olunub.
Şuşa fatehi olan general-mayor Kənan Seyidov Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsində çalışarkən yüksək peşəkarlığı sayəsində Azərbaycan cəmiyyətinin rəğbətini qazanıb. O, Vətən Müharibəsi Qəhrəmanıdır. 
Kənan Seyidov 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülub. Həmçinin, Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. 2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, “İgidliyə görə” medalı alıb.
Ermənistanda hərbi generalitet arasında xaosun hökm sürdüyü, ordunun faktiki olaraq başsız qaldığı bir dövrdə Azərbaycanda qalib generalların ordunun ən önəmli strukturlarının başına gətirilməsi ciddi hadisədir. Düşmən bu faktdan lazımi nəticə çıxarmalıdır. Əks halda, “dəmir yumruq”un acısını növbəti dəfə bütün vücudunda hiss etməli olacaq…

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI