Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Naxçıvan MR Əməkdar incəsənət xadimi Şəmsəddin Mustafa oğlu Qasımovu Ad gününü təbrik edirik!

Naxçıvan MR Əməkdar incəsənət xadimi Şəmsəddin Mustafa oğlu Qasımovu Ad gününü təbrik edirik!
28-06-2021, 22:41 378 dəfə baxılıb

Azerbaycan respublikasının ittifaqının görkəmli bəstəkarı, 2005ci ildən ehtibarən Naxçıvan MR Əməkdar incəsənət xadimi Şəmsəddin Mustafa oğlu Qasımov
27 iyun 1955 -ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Şəmsəddin müəllim mükəmməl yaradıcılığa malik kompozitordur. yaradıcılığında 40-dan çox mahnıları, doğma Vətən gözəlliklərini, bu yurdun Şəhidlik zirvəsinə ucalmış oğullarına həsr olunmuş musiqi nümunələrini göstərmək olar. Bəstəkar əməksevər insanları vəsf etməklə yanaşı lirik məhəbbət mövzularına, romans janlarına da geniş yer vermişdir. İnstrumental əsərləri sırasına fortepiano üçün 2pyesini, skripka və fortepiano üçün pyesini göstərmək olar. Azərbaycanın Milli Qəhrəmanı Mübarız İbrahimova həsr olunmuş mahnı bəstəkarın son uğurlu əsərlərindəndir.
Şəmsəddin Qasımov uşaqları da yaddan çıxarmamış, onlar üçün bir-birindən maraqlı mahnılar yazmışdır. Şəmsəddin Qasımovun Kamera Orkestri üçün yazdığı 3 hissəli “Naxçıvan lövhələri əsəri” Naxçıvanda keçirilən hesabat konsertində və 2007-ci ildə Bakıda keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında uğur qazanmışdır. Şəmsəddin Qasımov xor janrında bir çox uğurlu əsərlərin müəllifidir.
Şəmsəddin Qasımov yaradıcılığını teatr sahəsində də uğurla davam etdirmiş və bu gün də etdirməkdədir. Hələ 70-ci ildən başlayaraq 10-a yaxın tamaşaya orijinal musiqilər bəstələmişdir.
Biz də öz növbəsində
DAUIB. rəhbərliyi adından
ŞƏMSƏDDİN MÜƏLLİMİ
Ad günü münasibəti ilə TEBRIK EDİRIK..
Can sağlığı, uzun ömür, həyat və yaradıcılığında bol uğurlar arzu edirik.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI