Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və “ASAN xidmət” mərkəzlərinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Earth’s breath” tədbiri baş tutub.

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və “ASAN xidmət” mərkəzlərinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Earth’s breath” tədbiri baş tutub.
3-11-2024, 01:03 97 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

31 Oktyabr tarixində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və “ASAN xidmət” mərkəzlərinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Earth’s breath” tədbiri baş tutub.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və 44 günlük Vətən müharibəsinin şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə tədbir açıq elan edilib.

Tədbirdə ekoloji maarifləndirmə istiqamətində çıxış üçün söz Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşova verilib. Rəsul Dadaşov çıxışında ekologiyanın mühafizəsi ilə bağlı müəyyən məqamlara toxunub, bununla yanaşı qarşıdan ölkəmiz üçün xüsusi əhəmiyyətli olan COP29 tədbiri ilə əlaqədar iştirakçılara məlumat verilib.

Tədbirin davamında çıxış üçün söz 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin baş məsləhətçisi, Könüllülər üzrə müvəkkil Cahan Ələkbərovaya verilib. Cahan xanım nitqində “Yaşıl ASAN” proqramının məqsəd və istiqamətləri haqqında iştirakçılara məlumat verib, həmçinin proqramın hesabat videoçarxını təqdim edib.

Sonda tədbir iştirakçıları Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəalları və Yaşıl ASAN proqramının fəalları tərəfindən tullantılardan hazırlanmış əl işləri ilə tanış olublar.

Qeyd edək ki, tədbir iştirakçıları arasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının meneceri Aqil Quliyev, Dövlət Gömrük Komitəsi Tələbə Gənclər Təşkilatının sədri Osman Muşayev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Ömər Sərxanlı da yer alıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI