Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüş keçirib.

Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüş keçirib.
25-10-2024, 12:33 159 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Aktrisa oktyabrın 26-sı ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında “Mintonasiya” adlı stand-up konserti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Sənətçi stand-up şounun adının izahını bu sözlərlə nəql edib:
“Konsertimin ssenarisi, ideyası Fariz Əliyevə məxsusdur. “Mintonasiya” adının təklifi ondan gəldi. İllərdir bu konsertin planını qururduq, amma gerçəkləşdirə bilmirdik. Fariz də maraqlı adlar təklif etdi, ən ürəyimcə olanı bu idi. Mən söz adamıyam. Stand-up-ı o adam gerçəkləşdirə bilər ki, onlar Allahdan komediyaçı doğulublar. Onlar hazırcavablıq nümayiş etdirə bilir. Sözün deyilişində intonasiya çox önəmlidir. İntonasiya ilə dost da, düşmən də qazana bilərsən. Hər şey sözün deyiliş formasından yəni intonasiyadan aslıdır”.
Dilarə stand-up şousunda danışacağı mövzulardan söz açıb:
“Tamaşaçılar bolluca gülüş gözləsinlər. Burada gözlənilməz və ya gözlənilən mövzular da ola bilər. Bu dəfə şou-biznesdən bəhs etməyəcəyik. Şou-biznesdən çox danışmışıq, dedik, bu dəfə dincəlsinlər. Bir dəfə şou-biznesdən danışdım, zənglər gəldi. Bizim kimi insanlar səhnədə güzgü effekti ilə çıxış edir. Nəsə deyəndə mənə yox, özünə baxmalısan. Kiminsə nəsə xoşuna gəlmirsə, problemi özündə axtarsın. Konsertimdə kişi-qadın mövzusuna toxunacağıq. Hər zaman kişilər danışır, bu dəfə isə qadın danışacaq. Qadınların iç səsi olaraq, əlimə düşən mikrofonla sözlər deyəcəyəm. Hamını həm güldürəcəyəm, həm də düşündürəcəyəm”.
“Məşhurlar sizdən konsertinizə pulsuz bilet istəyiblər?” sualına D.Əliyeva belə cavab verib:
“Bəli, şəxsən məndən bilet istəyən oldu. Cavab verdim ki, dəvətnamə qarışıq bilet satışdadır. Elə Xalq artisti Faiq Ağayev verilişimdə dedi ki, xeyir ola sənə konsertlərimə bilet göndərirəm? Yaxşı ki, 26-da onun toyu var. Fariz, səndən xahiş edirəm Faiqə bilet göndərərsən (gülür – red.)”.
Sənətçi həyəcanlı olmasını da gizlətməyib:
“Çox çətindir, həyəcanlıyam. Bura qədər böyük və illərlə yol gəlmişəm. Gecə və gündüz üzərimdə işləyirəm. Səhər saat 5-dən durub bu haqda düşünürəm. Siz baxanda o əziyyəti görməyəcəksiniz. Çünki mən orada monoloqlarımı sizə böyük keyiflə təqdim edəcəyəm. Ora gələnə qədər çox ağlamışam. Məqsəd güldürərək və duyğulandıraraq düşündürməkdir. İnsanların qəlbinə toxunmasan lağ-lağıdan başqa bir şey olmur. Sözün dillərə, özün isə ürəklərə düşə bilmirsən. Güldürmək çox çətindir. Komediya o qədər ciddi janrdır ki, mən deyəndən sonra özünüz buna diqqət edərsiniz”.
Əməkdar artist bildirib ki, konserti ad günü ərəfəsində etməyinin ideası da Fariz Əliyeva məxsusdur:
“Biz fikirləşdik ki, konserti nə zaman edək. Fariz isə dedi ki, ən yaxşısı sənin ad günündə edək. Əslində, mənim ad günüm oktyabrın 27-dir. Vikipediyada isə oktyabrın 25-i yazılıb. Soruşacaqsınız ki, bəs niyə 27-sində eləmədiniz? Cavab verim ki, sadəcə Heydər Əliyev Sarayında o gün tədbir var idi”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI