Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar

Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
27-09-2024, 14:26 73 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
*** 10:49
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
parkı VII çağırış Milli Məclisin deputatları ziyarət ediblər.
Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edir.
Qeyd edək ki, 2020-cil ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.

Qalereya


















ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI