VETENİM-AZERBAYCANDIR.AZ
44-gün davam edən, möcüzəli tarix "Dəmir yumruq" ismi ilə yaddaşlara həkk olundu.
30 illik həsrət daşıyıcısı olan tarixi torpaqlarımız məhz bu hərəkatla azadlığına qovuşdu.
Başda Ali Baş Komandanımız olmaqla, Müzəffər ordumuz, qəhrəman oğullarımız bu addımı ilə Azərbaycanımızın inamını özünə qaytardı, xalq öz güclü liderinə olan etibarını gücləndirdi. Vətən uğrunda misilsiz fədakarlıqlarını, qəhrəmanlığını, monilit birliyini və ilhamlanaraq bir daha canlanan milli siyasi iradəsini ortaya qoymuş oldu.
Mənfur düşmənlərin zaman-zaman Azərbaycan xalqına qarsı törətdiyi soyqrımlar, təxribatlar heç bir məntiqə sığmayan qeyri-etik hərəkətlər bütün bəşər üzünə məlum idi. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz üzdəniraq xarakterləri ilə bu mənfur əməllərindən əl çəkmirdilər. Möhtəşəm "Dəmir yumruq" əməliyyatı 44 gün yetdiki düşmənə və onun eyni xislətli havadarlarına öz yerini göstərsin. Nəticədə 44 günlük Vətən savaşı Azərbaycanımızın parlaq qələbəsi və Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatdı .Kaputulyasiya aktını imzalamaqla öz zəif mövqeyini ortaya qoyan Ermənistan bir daha dünya arenası qarşısında zəifliyini boynuna almış oldu.
Düşmənə zərbə vuran ən başlıca amil Azərbaycan xalqının birliyi, haqq ədaləti dəstəkləyən mövqeyi, olduqca yüksək vətənpərvərlik hissi, öz Ali Baş Komandanının ətrafında sıx birliyi, vahid milli iradəni ifadə etməsi idi. Haqq və şərəf işimiz olan ərazi bütövlüyü uğurunda gedən mübarizədə qəhrəmanlıq, şücaət, fədakarlıq nümaiş etdirən əsgər və zabitlərimiz, arxa cəbhədə birləşən mülki insanlarımız, informasiya savaşına qalxan media və söz ictimaiyyəti və bütövlükdə xalqımız yüksək əzm və iradə, birlik, həmrəylik göstərərək mənfur düşmənə Azərbaycan xalqının qüdrətini bir daha bariz şəkildə göstərmiş oldu.
Ermənistan geridə qalan bu 30 iı müddətində Azərbaycana məxsus olan tarixi əraziləri acınacaqlı vəziyyətə salmış, şəhər və kəndləri dağıltmış, yandırmış, infrastruktur tamamilə məhv edilmiş və ümumilikdə milyonlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Bütün bu hallar oğru erməni yiğnağının nə qədər təhlükəli və mənfur simalı olmalarının təzahürüdür.
Düşmən bütün bunlarla kifayətlənməyərək, vətənimizdə əldə olunan zəfərdən hiddətlənərək daha böyük təxribatlara əl atmağa başladı, günahsız mülki insanları, körpə fidanları hədəfə almaqla müharibə cinayətləri törətmişdirlər.
Gəncə, Bərdə, Tərtər hadisələri, orda şəhid olan günahsız insanlar, uşaqlar və qocalar...
Bəli...Torpaq əyər uğrunda ölən varsa vətəndir.
Hər sey üçün onlara borcluyuq.
Nə xoş ki, Azərbaycan xalqı bu haqlı mübarizədə zəfər çaldı, qalibiyyət əldə etdi.
8 noyabr ölkəmizdə "Zəfər günü" kimi qeyd ediləcək.
Çox əfsuslar olsun ki, öz pis xisləti ilə daima seçilən düşmənlərimiz yenə də dinc dayanmadı. Ara sıra qarşıdurmaları ilə yadda qalan düşmənə qarşı yenidən sərt qərar olarag lokal antiterror əməliyyatlarına qərar verildi. Və 23 saat içərisində Müzəffər ordumuz düşmənə lazımi cavab tədbirləri gördü. Düşmən üzərində növbəti uğurlu addım, növbəti zəfər kimi qeyd edirik bunu. Acı da olsa geyd edək ki yenə şəhid sorağı, yenə ana fəryadı, yeni qan goxusu...... Amma bu vətən öz cəsur oğullarının sayəsində azadlığına imza atmışdır. Xalq olaraq qalibiyyətimizi belə sübut edirik.
Hər il sentyabr ayının 27-si isə Azərbaycan Respublikasının işqal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin yad etmə günü- Azərbaycan Respublikasında Anım günüdür.
Ən ali zirvə olan Şəhadət zirvəsinə ucalan qeyrətli, mərd vətən övladlarının əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.
Allah cəmi Vətən uğrunda can fəda edən şəhidlərimizə rəhmət etsin.
Ruhunuz qarşısında baş əyirik!
Allah məkanınızı cənnət etsin!
Nəhayət Şirinova
ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri.