Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:15 - "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb

17:14 - Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, əzmkarlıq və əla qiymətlər arzulayıram!"

17:08 - Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq

16:59 - RESPUBLİKA Sahibkar qadınlar ibnin təşkilatcılığı ilə BAŞKENT restoramında Bilik gününə və birliyin icracı direktoru Aygün xanımın qızı Səbinənin alı məktəbə daxil olması münasibətilə tədbir kecirilmişdir

04:19 - "Formula 1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb

04:14 - İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib

17:47 - Azərbaycanın müdafiə nazirinin müavini Çinə səfər edib

17:47 - "Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub

17:42 - İlham Əliyev: "Fatma Səttarova gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib"

17:38 - İlham Əliyev "Xəqani" bağında yaradılan şəraitlə tanış olub

17:37 - Əməkdar artist Yaqub Zurufçunun vəfatından 3 il ötür

01:43 - Bu gün Vetenim Azerbaycandır .az qrupunun üzvlərindən olan Saatlı rayon sakini Aslanova Könül Akif qızının doğum günüdür.

00:01 - Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib

23:45 - Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib

23:43 - COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb

8 universitetin tibb fakultəsinə qəbul olan Nəzrin xanım

8 universitetin tibb fakultəsinə qəbul olan Nəzrin xanım
23-08-2024, 01:24 727 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Əlizadə Nəzrin 13.01.2007-ci ildə Bakı şəhərində anadan olub. 2013-cu ilin 15 sentyabrında Xətai rayon xarici dillər təmayüllü 27 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. İbtidai təhsilini orada əla qiymətlərlə bitirən Nəzrin, ümumi orta və tam orta təhsilini Xətai rayon 245 nömrəli tam orta məktəbin pilot sinfində başa vurmuşdur .Nəzrin ümumi orta və tam orta təhsil səviyyələrini fərqlənmə attestatı ilə bitirmişdir. Hər zaman müəllimlərinin sevimli şagirdi olmuşdur. Nəzrin eyni zamanda musiqi təhsili alaraq fortepiano sinfini bitirib .Azəri-Qafqaz rəqs qrupunun rəhbərliyi altında 5-il rəqslə məşğul olan Nəzrin yerli və xarici telekanallarda,müxtəlif tədbirlərdə iştirak etmişdir. Nəzrin Əsli nənəsinin və Vaqif babasının 6-cı nəvəsi olmağına baxmayaraq nənə və babasının ən sevimli nəvəsi idi. Ailənin böyük övladı olan Nəzrin çox zəhmətkeş,qayğıkeş bir övlad kimi hamının hörmətini və sevgisini qazanmışdır . Anası Ruhiyyə müəllimənin ən böyük arzusu qızını dövlətinə,millətinə layiqli övlad və savadlı həkim görməkdir. Həkim olmaq həm də Nəzrinin özünün ən böyük arzusudur. Bu arzusunu həyata keçirmək məqsədi ilə Azeredu kursunda hazırlığa başlayan Nəzrin öz çalışqanlığı,səmimiyyəti,mədəni davranışı ilə kurs rəhbərinin və müəllimlərinin sevimli tələbəsi oldu. 18.05.2024-cü ildə ÖSYM tərəfindən keçirilən TR-YÖS imtahanında iştirak edən Nəzrin yüksək nəticə əldə edərək Türkiyədə 8 (səkkiz) universitetin tibb fakultəsinə qəbul olmuşdur. Bu nəticələrinə görə təhsil aldığı Azeredu kursunun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. Nəzrin eyni zamanda DİM-in keçirdiyi imtahandan da yüksək nəticə toplayaraq Bakı Dövlət Universitetinə qəbul olmuşdur. Nəzrin Rus,Alman,İngilis,Türk dillərini  mükəmməl bilir. Nəzrin anası Ruhiyyə müəllimənin ən yaxın rəfiqəsi,sirdaşıdır. Anasının arzularını hər zaman həyata keçirəməyə çalışan Nəzrinə gələcək həyatında uğurlar arzulayırıq,onun savadlı , tanınan həkim olacağına böyük ümid bəsləyirik.
VETENİM-AZERBAYCANDIR.AZ
Kamran Orucov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI