Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qarabağ və Dokdo: mübahisəli ərazi deyil, qonşuları tərəfindən göz dikilmiş ərazilərdir.

Qarabağ və Dokdo: mübahisəli ərazi deyil, qonşuları tərəfindən göz dikilmiş ərazilərdir.
17-07-2024, 16:52 661 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Bir-birindən minlərlə kilometr uzaqda yaşayan iki xalqın ortaq taleyi. Münaqişəli ərazilər: Dokdo və Qarabağ. Mən bu məsələyə bir az tənqidi tərəfdən yanaşmaq istəyirəm. Tarixə və beynəlxalq hüquqa əsasən Koreya torpağı olan Dokdonu “münaqişəli” ərazi olaraq adlandırmaq nə dərəcə düzgündür? Faktlarla irəli sürdüyüm ideyanı sübut edib, Dokdonun tarixi haqqında məlumat vermək istəyirəm.
Yüz illər boyunca qonşuları tərəfindən coğrafi mövqeyinə və torpaqlarına görə göz dikilən Azərbaycanlılar əminəm ki, qonşuluqda yerləşən Çin və Yaponiya tərəfindən torpaqlarına göz dikilən Koreyalıları hamıdan daha yaxşı başa düşəcək.
Koreya Respublikasının bir adası olan Dokdo, Şərq dənizinin bitişində yerləşir. Dokdo tək bir ada deyil, Dongdo və Seodo adlı iki adadan ibarətdir. Dokdo Koreya torpağı olan Ulleungdodan 87,4 km şərqdə və Yaponiyanın Oki adasından 157,5 km şimal-qərbdə hesab edilir. Son dərəcə quru iqlimə malik olan Dokdo əsasən vulkanik süxurlardan ibarətdir. Ulleungdo və Dokdo eyni orta okean silsiləsinin bir hissəsi olduğuna və traxitdən ibarət olduğuna görə, keyfiyyətcə oxşar hesab olunurlar. Digər tərəfdən, Yaponiyanın Oki adaları qneysdən ibarətdir və vulkanik fəaliyyətlərlə əlaqəsi yoxdur, bu da onları əsaslı şəkildə fərqləndirir. Dokdonun bitki örtüyü olduqca zəngindir. Xüsusilə Dokdo sahillərində və Yaponiyanın qərbində bitən bənövşəyi ləçəkli dəniz xrizanteması Dokdonu simvolizə edən çiçək kimi tanınır.
Dokdonun tarixi və Yaponiyanın Dokdonu işğal etməsi haqqında danışmaq istəyərdim. Yüz illər boyunca qonşuları tərəfindən coğrafi mövqeyinə və torpaqlarına görə göz dikilən Azərbaycan kimi, bizdən kilometrlərcə uzaqda yerləşən və bizimlə eyni taleyi yaşayan Koreya mövcuddur. Qonşuluqda yerləşən Çin və Yaponiya tərəfindən işğal olunub, tarix boyunca zülmlərə məruz qalan Koreya üçün empatiya qurmaq biz Azərbaycanlılar üçün çox da çətin olmayacaqdır. 
Koreya ədəbiyyatı və tarixində 512-ci ildən bəri Dokdonun Koreya torpağı olduğu göstərilmişdir. Dokdonun öz torpaqları olduğunu iddia edən Yaponiyada isə 1905-ci ilə qədər heç bir rəsmi sənəddə Dokdo ilə bağlı bir məlumat yox idi. Çünki Yaponiyanın Dokdonu tamamilə ələ keçirməsi məhz o ildən başlayır. 
1904-cü ildə Rusiya və Yaponiya arasında başlayan müharibədə Yaponiyanın qalib gəlməsində Ulleungdo və Dokdo adalarının coğrafi mövqeyi böyük rol oynamışdır. Beləliklə, Yaponiya gələcəkdə yenidən baş vermə ehtimalı olan müharibədə üstünlük əldə etmək üçün Dokdo adasını əlində tutmağa çalışdı.
Vaxtı ikən işğal edilmiş, sahibindən oğurlanmış bir torpağı necə Yaponiya ərazisi olaraq adlandıra bilərik? Sizcə, bu bizə Qarabağımızı xatırlatmır?
Ermənilərin Azərbaycan torpaqları üzərinə iddiası 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri nəticəsində ermənilərin kütləvi şəkildə Türkiyə və İrandan Azərbaycana köçürülməsindən sonra başlandı. Tarixi faktlar göstərir ki, XIX əsrə qədər Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra 1905-1906-cı illərdə azərbaycanlıların ermənilər tərəfindən kütləvi soyqırımı və o ərazilərdən məcburi şəkildə köçürülməsi başlandı. Daha sonra isə ərazidə guya ermənilərin daha çox yaşadığı iddiası ilə torpaqlarımız üzərinə iddia irəli sürməyə başladılar. Və bunun nəticəsidir ki, 1992-ci ildən etibarən erməni silahlı qüvvələri Azərbaycan ərazisinə keçib rayonlarımızı bir-bir işğal etməyə başladılar və tayı-bərabəri görülməmiş soyqırıma imza atdılar. Lakin 2020-ci ildə Qarabağda baş verən müharibələr nəticəsində torpaqlarımızı geri qaytara bildik. 
Müstəqilliyimizi qazandıqdan sonra "Qarabağ Azərbaycandır" şüarını hər yerdə bağıraraq demə sevincini yaşayan bizlərdən sonra, görəsən Koreya da Dokdonu Koreyaya sülh yolu ilə qaytardıqdan sonra "Dokdo Koreya torpağıdır" demə sevincini yaşaya biləcək mi? Hal-hazırda koreyalılar üçün belə ziyarət etməsi çətin olan adanı kiçikdən böyüyə hamı ziyarət edib qürurla orda açan dəniz xrizantemasına baxıb, sevinç göz yaşlarını axıda biləcəklər mi? 
Əliyeva Asya- Yonsei Universiteti, Seul.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI