Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xəzər dənizinin mühafizəsi dövlət başçılarının diqqət mərkəzində.

Xəzər dənizinin mühafizəsi dövlət başçılarının diqqət mərkəzində.
6-07-2022, 14:03 285 dəfə baxılıb

 Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 29 iyun 2022-ci il tarixdə Aşqabadda keçirilən VI Zirvə Toplantısında Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlət başçılarının diqqətini yönəldilən məsələlərdən biri də Xəzər dənizinin ekoloji problemləri olub. Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyev çıxışında Azərbaycanın ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirmişdir.  Xəzərin uzun illər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirərək,  bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulamışdır.

Prezident İlham Əliyev xüsusi ekspert qrupunun yaradılmasını təklif edir

Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər dənizinin dayazlaşmasının intensiv şəkildə artmasının ciddi narahatçılıq doğurduğunu qeyd etməklə bunu ekoloji fəlakət adlandırıb. İlham Əliyev: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.

 “Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizi səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir”. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fəxrəddin Qədirovun yuxarıdakı fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zirvə toplantısında səsləndirdi fikriləri bir daha təsdiq edir. 
Həmçinin toplantıda birgə bəyanatla çıxış edən Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlığın davam edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanmışdır. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq edərək Xəzər dənizinin bölünməsi prinsipləri barədə razılığa gəlmişdilər.

Xəzər dənizi günü

Onu da qeyd edək ki, 12 avqust 2003-cü ildə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası imzalandığı gündən 12 avqust Xəzər dənizi günü kimi Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikası tərəfindən qeyd edilir.

“Xəzər dənizi” gününün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsi və bununla bağlı əhalinin maarifləndirilməsidir. “Xəzər günü” ilə əlaqədar Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların, yerli özünüidarəetmə orqanların, bələdiyyələrin, müəssisə və təşkilatların və EİB-lərin (elmi-istehsalat birliyi) iştirakı ilə toplantılar təşkil olunur və sahil ərazilərinin təmizlənməsi və abadlaşdırılması çərçivəsində səmərəli danışıqlar və işlər aparılır. Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər regionunda ekoloji şəraiti və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Onuda qeyd edək ki, sözügedən Konvensiyada Azərbaycan Respublikasının götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin, ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proqnozlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ekoloji monitorinqlərin təşkil edilməsindən ibarətdir. Keçirilən ekoloji monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bütün növ tullantıların dəniz suyuna və qruntuna, flora və faunasına, digər su obyektlərinə göstərdiyi antropogen təsiri təhlil və tədqiq edərək məlumat bankı yaratmaq, prioritetləri müəyyənləşdirərək proqnozlar verib ətraf mühitə vurulan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirmək və Azərbaycan Respublikasında mövcud qanunvericiliklərin tələblərinə uyğun ekoloji tarazlığın bərpasına nail olmaqdır.
Qeyd edək ki, “Tehran Konvensiyası” kimi tanınan Konvensiya Xəzər dənizinin ətraf mühitin bütün mənbələrdən çirklənməsinin qarşısının alınmasına, Xəzər dənizinin dəniz mühitinin qorunmasına və bərpasına xidmət edir. Konvensiya Xəzər dənizinin bioloji ehtiyatlarının davamlı və səmərəli istifadəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi və elmi tədqiqatlara dair müddəaları özündə əks etdirir.

Qeyd edilənlərlə yanaşı, Xəzər dənizinin ekosisteminin mühafizəsi və ekoloji təhlükəsizliyin təmini üzrə Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişafı hazırda daha çox dənizin təbii ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar kompleks problemlərə dair birgə fəaliyyətlə bağlıdır. Xəzər dənizinin ekoloji problemlərinin qarşısının alınması məqsədilə Xəzəryanı dövlətlər dənizin ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində, həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsinin ekoloji vəziyyətə təsiri daimi diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, yuxarıda qeyd edildiyi kimi Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Tehran Çərçivə Konvensiyasını qəbul etmişlər ( Azərbaycan Respublikası tərəfindən 4 aprel 2006-cı il tarixli müvafiq Qanunu ilə təsdiq edilmişdir). Konvensiyanın başlıca məqsədi bioloji resursların mühafizəsi, saxlanılması, bərpası və rasional istifadəsi də daxil olmaqla, Xəzər dənizinin ətraf mühitinin mühafizəsidir. Onun tətbiqi dairəsi isə Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitini əhatə edir.

Sözügedən Konvensiyada Xəzər dənizinin çirklənmə mənbələri kimi bunları qeyd edilir:

Quruda yerləşən mənbələrdən çirklənmə;

Dəniz dibindəki fəaliyyətlə bağlı çirklənmə;

Gəmilərdən çirklənmə;

Axıdılma ilə bağlı çirklənmə;

Digər antropogen fəaliyyətlə bağlı (torpaq meliorasiyası, sahilyanı dib dərinləşdirmə və bəndlərin tikintisi işləri və s.) çirklənmə. Xəzərin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası və səmərəli istifadəsi ilə bağlı Konvensiyada göstərilir ki, Tərəflər Xəzərin bioloji ehtiyatlarının qorunmasına, mühafizəsinə, bərpasına və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirməli və mövcud olan ən yaxşı elmi məlumatlar əsasında müvafiq tədbirləri həyata keçirməlidirlər. Konvensiyanın mühüm təqdirəlayiq müddəalarında biri də dəymiş zərərə görə məsuliyyətin müəyyən olunması və müvafiq kompensasiyanın ödənilməsinin nəzərdə tutulmasıdır.
Xəzər dənizi dünyanın ən böyük drenajsız gölüdür, Azərbaycan xalqının həyatında mühüm rol oynayır və fiziki-coğrafi göstəricilərinə görə unikaldır. Təkcə onu demək kifayətdir ki, Xəzərin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, dünyada qədimliyi ilə digər balıq növlərindən fərqlənən nərə balıqlarının 90%-i bu dənizdə yerləşir. Coğrafi landşaftın spesifikliyi əlverişli rekreasiya şəraiti yaratmışdır. Xəzər dənizinin səviyyəsinin vaxtaşırı dəyişməsi ilə əlaqədar olaraq onun səthinin (güzgüsünün) səviyyəsi və sularının həcmi dəyişir. Hazırda dəniz səviyyəsi okean səviyyəsindən 26,75 m aşağıdadır. Qara, Baltik və Sarı dənizləri ilə müqayisə edilə bilər. Xəzər Adriatik, Egey, Tirren və digər dənizlərdən daha dərindir. Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir, duzluluğuna görə Xəzər dünya okeanının sularından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycanda mövcud olan 300-ə yaxın palçıq vulkanından 170-dən çoxu Xəzər dənizinin Azərbaycan sektorundakı ada və sualtı vulkanlardır. Xüsusilə Cənubi Xəzərdə onların sayı çoxdur. Təbii şəraitin unikallığı və müxtəlifliyi Xəzər dənizində nadir flora və fauna növlərinin nümayəndələrinin hələ də qorunub saxlanılmasına səbəb olmuşdur.

Hazırda Xəzərin ekoloji cəhətdən ağır vəziyyətdədir. Dənizin şelf zonasında vəziyyət daha ağırdır, bu ərazilərdə ölü zonalar formalaşıb. Bəzi yerlərdə çirkləndiricilərin normadan 10-20 dəfə çox olduğu təxmin edilir.

Çirklənmə mənbələri arasında Xəzərə axan çaylarla birlikdə gələn çirkləndiricilər birinci yerdədir. Xəzəryanı ölkələr arasında dənizin mühafizəsi ilə bağlı vahid sazişin olmaması səbəbindən brakonyerlik baş verir. Artan çirklənmə və brakonyerlik səviyyəsi, üstəlik, Xəzər dənizi ətrafında fəaliyyət göstərməyən balıq inkubasiya müəssisələri bir çox balıqların, xüsusən də nərə balıqlarının sayının azalması problemi yaradıb. Göl-dənizin ikili təbiəti mütəxəssislərin fikrincə, təhlükə və risklər ilk növbədə dənizin və sahil zonasının ehtiyatlarının intensiv inkişafı ilə bağlıdır. Sahil zolağının sakinlərinin hansı ekoloji təhlükələrə məruz qaldığını anlamaq üçün ilk növbədə bu təhlükə və risklərin insanlar üçün hansı təsirləri (təbii və antropogen) yaratdığını öyrənmək lazımdır.
Mütəxəssislər qeyd edirlər ki, unikal ekosistem olan və öz inkişaf qanunlarına malik olan Xəzər dənizi təkcə gölün deyil, həm də böyük dəniz hövzəsinin xarakterini və xüsusiyyətlərini özündə birləşdirir. Məhz buna görə də Xəzər ikili təbiətə malikdir - dənizdən bütün hidrofiziki xüsusiyyətləri (atmosfer hadisələri, üzvi dünya, coğrafi mövqe), göldən - su anbarının təcrid olunması və dənizlə əlaqəsinin olmaması götürülmüşdür. Xəzər dağ zirvələri arasındakı boşluq olduğundan və qərbdən şərqə, şimaldan cənuba doğru hərəkət edən bütün hava kütlələri oradan keçdiyindən (bu çox dar zolaqdır) məhz bu bölgədə atmosfer hadisələri - külək, qasırğa artır, qar çovğunları və s. baş verir. Dənizin unikallığı budur: okeanla əlaqəli olmayan, lakin onunla ümumi naxışları olan ikinci belə su hövzəsi yoxdur. İkinci xüsusiyyət dəniz dibinin geoloji quruluşunun bütün geoloji və hidrogeoloji prosesləri müəyyən edən okean hövzəsi üçün xarakterik olmasıdır. Məsələn, materik ərazilərinin əksər hissəsi üçün xarakterik olan tez-tez zəlzələlər. Alimlər bunu indiki Xəzər dənizinin on milyonlarla il əvvəl burada uzanan və litosfer plitələrinin toqquşması nəticəsində yoxa çıxmış Tetis okeanından əmələ gəlməsi ilə izah edirlər. Onu Qalan Dəniz adlandırırlar. Beləliklə, Xəzərin özünün coğrafi mövqeyi atmosfer hadisələri və yer qabığının aktiv inkişaf zonasında olması ilə bağlı təhlükə və risklər yaradır. Buna görə də Bakıdan Astaraya qədər bütün sahil zolağı və bir qədər şimala doğru seysmik təhlükəli zonadadır (Rixter şkalası üzrə 8-9 bal). Xəzər dənizini okeanla qohum edən digər mühüm xüsusiyyət, təbii ki, onun bioresursları deyilən flora və faunasıdır. Arid (quru iqlim) və yarımquraq landşaftlar (Lənkəran çökəkliyi) istisna olmaqla, burada həmişəyaşıl Hirkan meşələri (enliyarpaqlı meşələr)) 85-90%-i üçün bütün sahil zonası boyunca üç çirklənmə kateqoriyası formalaşmışdır. yağışlar və aran meşələrinin yer səthinə yaxın yeraltı sularla qidalandığı Nabran-Yalama zonası). Xəzər qapalı hövzə olduğundan, keçən əsrin 70-ci illərinin sonlarında başlayan və 90-cı illərin ortalarında dayanan (daha doğrusu, sabitləşən) okeanla müqayisədə dəniz səviyyəsindəki dalğalanmalar orada daha sürətli baş verir. 26,7 metr. Mövsümi dalğalanmalar (qışda yüksəlir, yayda düşür). On beş ilə yaxın müddət ərzində suyun səviyyəsi 2-2,5 metr yüksək olduğu üçün bir çox yaşayış məntəqələri, infrastruktur obyektləri, münbit (əkinə yararlı) torpaqlar su altında qalmış, bunun da 130 min hektarı su altında qalmışdır.

Xəzər dənizində və sahilyanı ərazilərdə insanların aktiv fəaliyyəti, neft sənayesi, tarixi çirklənmə, brakonyerlik kimi su anbarının və onun bioresurslarının təhlükəsizliyini təhdid edir. Bütün bunların Xəzər dənizinin həyatına ciddi ekoloji yükü var.
Su anbarının mühafizəsinə həmişə xüsusi diqqət yetirilir. Brakonyerlik balıqçılıq sənayesinin inkişafına mane olur. Xəzər dənizində qeyri-qanuni balıq ovu həvəskarlarının fəaliyyətinin qarşısı mütəmadi olaraq alınır. Bundan əlavə, sahil zonaları üçün ən ciddi təhlükələrdən biri fövqəladə hallar zamanı dənizin neftlə çirklənməsinin mümkünlüyüdür.    

Hesab edirik ki, Çərçivə Konvensiyasının üzvü olan Xəzəryanı ölkələr öz öhdəliklərinin yerinə yetirilməsi üçün milli səviyyədə qanunvericilik bazasının təkminləşdirilməsi və işlək mexanzimə çevrilməsi məsələsini diqqətə saxlamalıdır. 

Aşqabat sammiti Xəzərin ekoloji cəhətdən mühafizəsinin nə qədər vacib bir məslə olduğunu bir daha göstərdi sammit bu məslələrin Çərçivə Konvensiyası üzvlərinin birgə iştirakı ilə növbəti Zirvə toplantısında müzakirəsinin vacibliyi qənaətinə gəlməsi tədirəlayiq haldı. 

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI