Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı.
2-07-2022, 22:54 369 dəfə baxılıb

Dünyaya günəş kimi doğan Azərbaycan modeli və bu modelin inkişaf rerespektivləri dünya gündəmini zəbt etməkdədir. Və eyni zamanda güclü lider, dünya şöhrətli siyasət adamı, qalib ölkənin müzəffər sərkərdəsi olan İlham Əliyevin böyükmiqyaslı layihələrdə olan iştirakı, hər bir çıxışı siyasi arenanın diggətinin yönəldiyi əsas prioritetlərdəndir. 

Onun hər çıxışı, hər dediyi söz düşünülmüş, ideoloji xarakterə malik, əsl siyasi baxışların təzahürüdür. 
Belə böyükmiqyaslı layihələrdən olan 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı bəlkə də bütün dünyanın baxış bucağındadır. 
Cənab Prezidentimiz qeyd edir ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. 
Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. 
 Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. 
Azərbaycanın artan uğurları hər anı ilə bizi sevindirir, qürurlanırıq. 
Hər zaman öndə ol Azərbaycanım!

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Vətənim-azərbaycandır.az" xəbərlər portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI