Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda nazirlərin üçtərəfli görüşü keçirilir - Fotolar

Bakıda nazirlərin üçtərəfli görüşü keçirilir - Fotolar
15-03-2024, 11:27 106 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili iştirak edir.

Görüşdən sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.
***
“Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından böyük rola malikdir. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardır”.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının 9-cu üçtərəfli görüşündə deyib.
Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsi nəticəsində son illər regionda tarixi dəyişikliklər baş verib. Bölgədəki yeni reallıq regionun bütün potensialının istifadəsi üçün yeni perspektivlər vəd edir.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI