Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əlil Qadınlar Cəmiyyəti İçtimai Birliyinin Quba rayonunda növbəti seminarı keçirildi.

Əlil Qadınlar Cəmiyyəti İçtimai Birliyinin Quba rayonunda  növbəti seminarı keçirildi.
28-02-2024, 09:16 214 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə 2022 -ci ilin sentyabr ayından “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini həyata keçirir.
   Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzüsunda 22.02.2024- cü il tarixində Quba şəhərində növbəti seminarı keçirilmişdir. 
    Keçirilən seminarda  əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri  üçün faydalı olan müxtəlif ictimai/dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma həyata keçirilmişdir,    
     Seminar zamanı problemlərlə üzləşənlərlə bağlı məlumatlar toplanaraq əlaqədar dövlət qurumlarına yönləndirilir və  həllinə dəstək verilir. Quba şəhərində keçirilən  seminarın  iştirakçısı olan bir neçə əlilliyi olan qadınlar və qızların ən qısa zamanda problemlərinin həllinə dəstək verilməsi sevinclərinə səbəb olmuşdur. Müzakirələrin nəticəsində əsasən hüquqlarını bilməyən əlilliyi olan insanların hüquları barədə qrup məşğələlərinin təşkili daha effektiv üsul olaraq müsbət nəticələr verir. 
Quba şəhərində keçirilən  növbəti seminar ADPU-nun  Quba filialının konfrans zalında baş tutmuşdur. Tədbirdə müxtəlif növ əlilliyi olan qadın və qızlar, icmalarda olan nümayəndələr, gənclər, tələbələr iştirak etmişdir. Azərbaycan brendi olan "SENİ" firmasının məhsulları, müxtəlif ləvazimatlar seminar iştirakçılarına təqdim olundu və bukletlər vasitəsi ilə gigiyenik ləvazimatların istifadə qaydaları, özünə xidmət qaydaları haqqında təlimat qaydaları  aşılandı.  "SENİ" firması “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) tərəfdaşı, əlilliyi olan qadınlara firmanın məhsulları ilə davamlı olaraq sponsorluq edir. Seminarı layihə üzrə təlimçi İradə Rzazadə icra edirdi.
Sonda iştirakçılarla xatirə fotosu çəkildi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI